• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yaddaşdan silinməyən ilk "Döyüş"

gundem / sosial / manset

2-06-2026, 19:02

Yaddaşdan silinməyən  ilk "Döyüş"
Mən bir çox döyüşlərdə ön sıralarda döyüşmüşəm. 2012-ci ildən 2023-cü ilin antiterror müharibəsinə qədər bir çox tapşırıqlarında və müharibənin iştirakçısıyam. 2016-cı il Aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2021-ci ildə Kəlbəcər ərazisinin bərpası, 2022-ci ilin Sarsıdıcı zərbə 4 günlük müharibəsi və 2023-cü ilin 24 saatlıq antiterror əməliyyatlarının döyüşləri. Həmçinin 32 ildən sonra antiterror müharibəsindən 7 gün qabaq Xankəndi ərazisinə ilk kəşfiyyata gedən 2 kəşfiyyatçıdan biri mənəm.
Bu döyüşləri görsəm belə, amma ilk döyüş tapşırığı, ilk dəfə düşmənə güllə atmağımız, düşmən arxasında döyüş tapşırığı yerinə yetirmək insanın beynində olduğu qaydada yaddaşda qalır.
Xüsusi Təyinatlı Qüvvələr 13 il idi yaranmışdı. Hərbi hissəmiz o vaxta qədər bir çox snayper tapşırıqları və ölkə daxili müxtəlif fəaliyyətlərdə iştirak etmişdi. Amma XTQ düşmən dərinliyində belə bir döyüş tapşırığı icra etməmişdi.
Səhər işə gəldik. Bölmə komandiri, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev qrup komandirinə (AH) yaxınlaşıb döyüş əmri verdi.
Əmr: Düşmən ön xəttin bəzi istiqamətlərində yerləşən postlarımıza qarşı təxribat xarakterli fəaliyyətlər həyata keçirir. Sanki bizi zəif bilib çirkin əməllərini tez-tez ordumuza qarşı nümayiş etdirir.
Tapşırıq! Dərhal həmin düşmən mövqelərinin canlı qüvvələrini susdurmaq, onların ordumuza qarşı törətdiyi təxribatların qarşısını almalısınız.
Düzdür, biz XTQ-lərin yaranandan bəri gecə-gündüz ağır təlimlər keçmiş, çoxsaylı kurslarda iştirak etmişdik. Amma buna baxmayaraq, XTQ-lərin heç bir bölməsi o vaxta qədər düşmən dərinliyində real döyüş tapşırığı icra etməmişdi.
Dərhal ön xətdə yerləşən öz hərbi hissələrin birinin ərazisində yerləşdik. Yeddi gün gecə-gündüz müşahidə apardıq. Açıq-aşkar görünürdü ki, qarşı tərəf təxribat törətməyə çalışır. Təxribat törədən, düşmənin xüsusi təyinatlıları idi. Onlar özlərini rahat və arxayın aparır, ön xətdə tez-tez hərəkət edərək ordumuza qarşı müxtəlif təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə cəhd göstərməyə calışır.
2012-ci ilin may ayının 5-dən 6-na keçən gecə “Canavar” istehkam mütəxəssisləri — Hümətov Qafqaz, Əliyev Eldar və Salhov Usman tərəfindən ön xətt yarılaraq düşmən ərazisinə sızma əməliyyatı həyata keçirildi. 13 nəfərlik heyətlə düşmən postuna daxil olduq.
Düşmən səngərinə ilk daxil olanlan, şəhid Vətən müharibəsi qəhrəmanı Sübhan Cəbiyev, (xidmətdə olduğuna görə adını çəkə bilmədiyim) Q,A. və Ə,İ, həmçinin mən və şəhid Məmmədov Fikrət olduq. Beləliklə, 13 nəfərlik qrup A, H və Fikrət Məmmədovun rəhbərliyi altında düşmən postuna doğru hərəkət etməyə başladıq.
Ən irəlidə İ. Ə. və şəhid Sübhan Cəbiyev irəliləyirdi. Düşmən postuna daxil olduğumuz anda erməni dilində Dur, kimdi gələn? deyə qışqırıq eşidildi. Dərhal İ. Ə. tərəfindən təxminən 5 metr məsafədə olan düşmən əsgəri zərərsizləşdirildi. Bundan sonra şiddətli atışma başladı. Güllələr yağış kimi yağırdı.
Q, A. dərhal düşmənin mərkəzinə əl qumbarası atdı. Partlayışdan sonra düşmən bir anlıq susdu. Ardınca atılan 7 əl qumbarası ilə düşmən mövqeyində olan şəxslər zərərsizləşdirildi.
Düşmənin bizə qarşı təxribat törətdiyi postu məhv edib geri qayıdarkən, onların digər mövqelərindən üzərimizə güclü atəş açıldı. Atəş dəstək mövqemizdən olan bölməmiz dərhal cavab atəşi ilə düşmənin atış nöqtələrini susdurmağa nail oldular.
Düşmən postundan təxminən 100-150 metr uzaqlaşmışdıq ki, başqa bir mövqedən yenidən üzərimizə güllə yağışı başladı. 13 nəfərlik şəxsi heyət açıq və düzənlik ərazidə yerə uzanaraq düşmən atəşindən qorunmağa çalışırdıq. Düşmən əsgəri bizə atdığı mərmilər yan-yörəmizə düşür, başımızın üzərindən keçirdi.
Həmin an qrup komandiri (A H) və Fikrət Məmmədov mənə əmr verdi:
Xankişiyev, “Muxa” ilə həmin mövqeni məhv et!
Artıq səhər açılır, ətraf aydın görünürdü. Nişan alıb atdığım “Muxa” qumbaraatanı düz düşmən mövqeyinə dəyərək güclü partlayış yaratdı. Partlayışdan sonra düşmənin atəşi dərhal susdu.
Elə həmin an sanki Uca Yaradanın mərhəməti bizim üzərimizə endi. Ağ bir bulud gəlib bizimlə düşmənin arasını örtdü. Sanki Allah-Təala o buludu bizə sipər etmişdi ki, düşmən bizi görə bilməsin. Bu, bizim üçün ilahi bir yardım, unudulmaz bir möcüzə idi.
13 nəfərlik heyət düşmən arxasına necə səssiz və peşəkar şəkildə sızmışdısa, eləcə də heç bir itki vermədən, sağ-salamat geri qayıtdıq. Əgər əlimdəki həmin birdəfəlik “Muxa” qumbaraatan olmasaydı, bəlkə də bu əməliyyat ağır itkilərlə nəticələnə bilərdi.
Bu tapşırıq Xüsusi Təyinatlı Qüvvələrin tarixində düşmən arxasında icra olunan ilk və ən uğurlu döyüş əməliyyatlarından biri kimi yadda qaldı.
06 may 2012-ci il tarixi, XTQ-nin düşmən arxasında həyata keçirdiyi ilk döyüş tapşırıqlarından biri olaraq şanlı tariximizə həkk olundu.
Ən unudulmaz və qürurverici an isə tapşırığı uğurla yerinə yetirib sağ-salamat geri qayıtdığımız vaxt idi. Düşmən arxasında həyata keçirilən çətin və təhlükəli əməliyyatdan sonra bizi qarşılayan rəhbərliyin sevincini görmək bütün yorğunluğumuzu unutdururdu.
Xüsusilə də general rütbəli komandirin hər birimizi bağrına basaraq təbrik etməsi, alnımızdan öpməsi və "Mən sizinlə fəxr edirəm, deməsi bizim üçün ən böyük mükafat idi. Həmin sözlər və göstərilən qiymət bütün risklərə, çəkdiyimiz əziyyətlərə dəyirdi.

PS. Hər biriniz bir tarix, bir əfsanəsiniz. Sizin kimi qəhrəmanları olan Vətən basılmaz…
Qəhrəmanın xatirəsini təqdim etdilər.

Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl qələm” mükafatçısı

Fərid Səfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü

Oxunub: 10
Paylaş:
Digər xəbərlər

siyaset / manset

20-04-2026, 11:09

General Bərxudarov 50-yə çatdı!

gundem / sosial

4-05-2026, 15:23

“Böyük Yolun qardaşlığı...”

gundem / sosial / manset

30-12-2025, 16:15

BİR QƏHRƏMANLIQ FƏLSƏFƏSİ...

idman / manset

29-04-2024, 09:31

Konor Makqreqor yumruq döyüşləri liqasının sahibi olub

gundem / sosial / manset

8-05-2026, 21:36

Zəfər yolunun canlı əfsanəsi – Şərafəddin Sərdar oğlu Xankişiyev

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:07
    Şanlı Zəfər salnaməsi
  • Bu gün, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • Bu gün, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • Bu gün, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • Bu gün, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • Bu gün, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • Bu gün, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • Bu gün, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • Bu gün, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • Bu gün, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • Bu gün, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə