• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tanınmış Həkim Terapevt Tofiq Şıxəliyev üçün özəl gün

gundem / sosial / manset

8-06-2026, 13:49

Tanınmış Həkim Terapevt Tofiq Şıxəliyev üçün özəl gün
7 iyun 2026-cı il tarixində Bakı şəhərində yerləşən "Su Səsi" restoranında Azərbaycan səhiyyəsinin tanınmış nümayəndələrindən, əslən Zəngilan rayonundan olan Tofiq Şıxəliyevin doğum günü münasibətilə möhtəşəm tədbir keçirilib. Səmimi və xoş ovqat şəraitində baş tutan mərasimdə səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri, yaxın dostlar və ailə üzvləri iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra qonaqlara Tofiq Şıxəliyevin həyat və fəaliyyət yolundan bəhs edən videomaterial təqdim olunub.
Mərasimin ən yaddaqalan məqamlarından biri Cənubunsəsi Media Şirkətinin kollektivi tərəfindən hazırlanmış "Vərəqlənən Ömür" adlı sənədli filmin təqdimatı olub. Tofiq Şıxəliyevin həyat və yaradıcılıq yoluna həsr olunan sənədli film iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Filmdə yubilyarın uşaqlıq və gənclik illəri, peşə fəaliyyəti, səhiyyə sahəsində qazandığı uğurlar, həmçinin onu yaxından tanıyan insanların fikirləri yer alıb.
Filmin nümayişindən sonra çıxışlar başlanıb. Tədbirdə söz alan Bakı şəhərində fəaliyyət göstərən Memorial Hospitalın təsisçisi Mahir həkim Tofiq Şıxəliyevin səhiyyə sahəsindəki xidmətlərindən danışaraq onun peşəkarlığını və insanlara olan qayğıkeş münasibətini yüksək qiymətləndirib. Memorial Hospitalın baş həkimi Kəmalə həkim isə yubilyarın həm həkim, həm də insan kimi nümunəvi keyfiyyətlərə malik olduğunu vurğulayıb.
Tanınmış psixoloq, tibb elmləri doktoru Rəşid müəllim çıxışında Tofiq Şıxəliyevin cəmiyyət arasında qazandığı hörmət və nüfuzdan bəhs edib. O bildirib ki, insanlara göstərdiyi diqqət və xeyirxahlıq Tofiq Şıxəliyevi ətrafındakı insanların sevimlisinə çevirib.
Daha sonra yubilyarın yaxın dostları Zöhrab, Seyfulla, Xudaverdi, Camal, Şahin və Elşad çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, səmimi təbriklərini çatdırıblar. Çıxış edənlər Tofiq Şıxəliyevin dostluğa sadiq, mərd və vətənpərvər bir insan olduğunu qeyd ediblər.
Tədbirdə çıxış edən ulusestv.az xəbər portalının təsisçisi və baş redaktoru Şamil Cəfərov da yubilyarı təbrik edərək ona yeni uğurlar arzulayıb. O, Tofiq Şıxəliyevin uzun illər ərzində qazandığı hörmətin təsadüfi olmadığını, bunun zəhmətin, peşəkarlığın və insanlara xidmətin nəticəsi olduğunu bildirib.
Mərasimin təşkilatçısı, "Vərəqlənən Ömür" sənədli filminin ideya rəhbəri və ssenari müəllifi, Cənubunsəsi Xəbər Portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev çıxışında Tofiq Şıxəliyevin həyat yolunun gələcək nəsillər üçün örnək olduğunu qeyd edib. O bildirib ki, belə insanların həyat və fəaliyyətinin sənədli filmlər vasitəsilə ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət daşıyır. Mərhəmət Lələyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayıb.
Çıxışlardan sonra Tofiq Şıxəliyevə müxtəlif təşkilatlar və dostları tərəfindən fəxri fərmanlar, diplomlar, xatirə hədiyyələri və qiymətli mükafatlar təqdim olunub. Tədbir iştirakçıları yubilyarın ünvanına xoş sözlər söyləyərək onun cəmiyyət üçün gördüyü işləri yüksək qiymətləndiriblər.
Sonda söz alan Tofiq Şıxəliyev tədbirin təşkilatçılarına, sənədli filmin yaradıcı heyətinə və bütün qonaqlara dərin təşəkkürünü bildirib. O, göstərilən diqqət və qayğının onun üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. Daha sonra yubilyarın oğlu Əfqan Şıxəliyev çıxış edərək atasına göstərilən hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.
Tədbirin bədii hissəsi tanınmış müğənni Yaqut Həsənovanın ifasında davam edib. İfa olunan mahnılar qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb və mərasimə xüsusi rəng qatıb. Musiqili proqram tədbir iştirakçılarına xoş anlar yaşadaraq gecənin yaddaqalan olmasına səbəb olub.
Qeyd edək ki, tədbirin videoçəkilişini peşəkar operator Elsevər Əliyev həyata keçirib. Tədbirdən hazırlanan fotoşəkillərin müəllifi isə Faiq Mirzədir.
Yüksək təşkilatçılığı, maraqlı proqramı və səmimi ab-havası ilə yadda qalan tədbir Tofiq Şıxəliyevin həyat və fəaliyyətinə verilən dəyərin, ona olan hörmət və ehtiramın daha bir nümunəsi kimi tarixə düşüb.


Cənubunsəsi
Mirsadiq Eminov

Oxunub: 31
Paylaş:
Digər xəbərlər

gundem / bolge / manset

30-09-2025, 15:46

Masallıda Rabitəçi Əliş Əliyevin Xatirəsinə Həsr Olunmuş Sənədli Filmin Təqdimatı Keçirilib

iqtisadiyyat / manset

25-07-2025, 11:31

“Atəşgah” Sığorta Şirkəti media nümayəndələri üçün tədbir təşkil edib - Fotolar

idman / manset

29-03-2026, 11:56

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

gundem / sosial / manset

29-05-2026, 21:11

Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

gundem / sosial / manset

1-06-2026, 12:19

Şəhid Asəf Məmmədovun doğum günü ehtiramla qeyd edildi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:07
    Şanlı Zəfər salnaməsi
  • Bu gün, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • Bu gün, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • Bu gün, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • Bu gün, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • Bu gün, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • Bu gün, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • Bu gün, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • Bu gün, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • Bu gün, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • Bu gün, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə