
Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının qorunması və cinayətkarlığa qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu məsuliyyətli və şərəfli missiyanın həyata keçirilməsində daxili işlər orqanlarının, xüsusilə də polis əməkdaşlarının əməyi danılmazdır. Polis orqanlarında çalışan rəhbər şəxslər öz peşəkarlığı, idarəçilik bacarığı və qanunun aliliyinə sadiqliyi ilə bu sistemin səmərəli fəaliyyətinə mühüm töhfə verirlər. Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirən rəhbərlərdən biri kimi tanınır.
Polis xidməti sadəcə bir peşə deyil, eyni zamanda cəmiyyət qarşısında böyük məsuliyyət daşıyan müqəddəs xidmət yoludur. Hər bir polis əməkdaşı vətəndaşların təhlükəsizliyi naminə gecə-gündüz çalışır, qanunun aliliyinin təmin olunmasına xidmət edir. Rayon polis idarələrinin rəhbərləri isə bu fəaliyyətin düzgün təşkili, şəxsi heyətin peşəkarlığının artırılması və ictimai asayişin etibarlı qorunmasına görə xüsusi məsuliyyət daşıyırlar.
Sabunçu rayonu Bakı şəhərinin ən iri və strateji əhəmiyyətə malik inzibati ərazilərindən biridir. Əhalisinin çoxluğu, geniş yaşayış massivləri, sənaye müəssisələri və mühüm nəqliyyat infrastrukturu burada hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da məsuliyyətli edir. Belə bir rayonda polis xidmətinin yüksək səviyyədə təşkili, operativliyin qorunması və vətəndaş müraciətlərinə həssas yanaşılması peşəkar idarəçiliyin əsas göstəricilərindəndir.
Polis polkovniki Cavid Muradovun rəhbərlik etdiyi Sabunçu Rayon Polis İdarəsi fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və daxili işlər orqanlarının qarşısında müəyyən edilmiş vəzifələr əsasında qurur. İdarənin gündəlik fəaliyyətində ictimai asayişin qorunması, hüquq pozuntularının qarşısının alınması, cinayətlərin operativ araşdırılması və profilaktik tədbirlərin həyata keçirilməsi əsas istiqamətlərdən hesab olunur.
Müasir dövrdə polis orqanlarının fəaliyyəti yalnız hüquq pozuntularına qarşı mübarizə ilə məhdudlaşmır. Eyni zamanda vətəndaş məmnunluğunun təmin olunması, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, hüquqi maarifləndirmə işinin aparılması və ictimai etimadın artırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan rəhbərliyin təşkilatçılıq bacarığı və idarəetmə təcrübəsi xüsusi rol oynayır.
Azərbaycan polisi son illərdə maddi-texniki bazasının gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi və müasir idarəetmə metodlarının genişləndirilməsi istiqamətində mühüm inkişaf yolu keçmişdir. Rəqəmsal texnologiyaların tətbiqi, operativ xidmətlərin təkmilləşdirilməsi və peşə hazırlığının artırılması hüquq-mühafizə sisteminin müasir çağırışlara cavab verməsinə imkan yaradır.
Polis əməkdaşlarının fəaliyyəti cəmiyyətin təhlükəsizliyinin qorunması ilə yanaşı, dövlətçiliyin möhkəmləndirilməsinə də xidmət edir. Onlar ictimai sabitliyin təmin olunması, insanların hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə və hüquqi nizamın qorunması istiqamətində mühüm vəzifələri yerinə yetirirlər.
Vətən müharibəsi dövründə Azərbaycan polisi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkə daxilində ictimai təhlükəsizliyin qorunmasına, sabitliyin təmin edilməsinə və dövlət maraqlarının müdafiəsinə öz töhfəsini verdi. Bu fədakar xidmət Azərbaycan polisinin peşəkarlığını və dövlətə sədaqətini bir daha nümayiş etdirdi.
Bu gün daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdən biri də qanunun aliliyinin təmin olunması, hüquq pozuntularının qarşısının alınması və vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasıdır. Bu prinsiplər hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsidir və polis orqanlarının fəaliyyətində əsas istiqamət olaraq qalır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarının inkişafına göstərilən diqqət və qayğı nəticəsində polis sistemi davamlı olaraq təkmilləşdirilir, əməkdaşların sosial müdafiəsi gücləndirilir, xidmət şəraiti müasirləşdirilir və peşə hazırlığı daha da yüksəldilir. Bu islahatlar daxili işlər orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.
Sabunçu Rayon Polis İdarəsinin şəxsi heyəti də öz gündəlik fəaliyyətində dövlətə sədaqət, qanuna hörmət və vətəndaşlara xidmət prinsiplərini rəhbər tutur. İctimai təhlükəsizliyin qorunması, hüquq qaydasının təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə istiqamətində görülən işlər cəmiyyətin təhlükəsiz və sabit inkişafına xidmət edir.
Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovu, rəhbərlik etdiyi şəxsi heyəti və bütün Azərbaycan polisi əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli və şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq.
Qoy Azərbaycan polisi bundan sonra da dövlətçiliyimizin möhkəmlənməsinə, ictimai sabitliyin qorunmasına, qanunun aliliyinin təmin edilməsinə və vətəndaşların təhlükəsiz həyatının təmin olunmasına bundan sonra da ləyaqətlə xidmət etsin.
Peşə bayramınız mübarək!
Hörmətlə,
Şamil Cəfər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü