• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qəhrəmanlar danışır...

gundem / sosial / manset

3-07-2026, 21:11

Qəhrəmanlar danışır...
XTQ-nin baş giziri Zaur Ələkbərovun xatirələri.
Xüsusi təyinatlıların ehtiyatda olan baş giziri Ələkbərov Zaur Zakir oğlu qısaca özüm haqqında sizlərə məlumat vermək istəyirəm.
Xüsusi təyinatlılarda ümumi xidmət müddətim 21 il 6 ay olmuşdur. Bu illər ərzində çoxsaylı əməliyyatlarda və döyüşlərdə iştirak etmişəm. 2012-ci ildən 2016-cı ilədək düşmənin dərinliklərində dəfələrlə hücum qruplarının tərkibində kəşfiyyat əməliyyatları icra etmişəm.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıyam.
2020-ci il 44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək döyüşlərdə iştirak etmişəm. 2020-ci ilin dekabr ayında Xocavənd əməliyyatında 62 erməni əsirinin ələ keçirilməsi əməliyyatının iştirakçısı olmuşam.
2021-ci ildə Kəlbəcər istiqamətində dövlət sərhədlərinin bərpası üzrə həyata keçirilən əməliyyatların iştirakçısı olmuşam.
2022-ci ildə Kəlbəcər ərazisində keçirilən 4 günlük sarsıdıcı zərbə əməliyyatının iştirakçısı olmuşam.
2023-cü ildə keçirilən antiterror əməliyyatının iştirakçısıyam.
Xüsusi təyinatlı qüvvələr ailəsinə qatılmadan öncə insan min dəfə ölçüb-biçməli, sonra bu yolu seçməlidir. Çünki ilk öncə hara getdiyini, hansı qurumun kursuna qatıldığını və necə bir həyatın içinə daxil olacağını anlamalısan. Xüsusi təyinatlı qüvvələr sadəcə bir peşə deyil, bu bir həyat tərzi, bir iradə məktəbi və Vətənə verilən sədaqət andıdır.
Xüsusi təyinatlı olmaq sadəcə bir qurumun geyimini geyinmək, başına bordo beret qoymaq, sol böyrünə bıçaq, sağ böyrünə silah taxmaq demək deyil. Bunlarla insan xüsusi təyinatlı olmur. Xüsusi təyinatlı olmaq üçün illər lazımdır — ağır təlimlər, çətin tapşırıqlar, saysız-hesabsız sınaqlar, gecə-gündüz məşqlər və iradəni sındıran anlar lazımdır. Çünki burada insanın təkcə fiziki gücü yox, ruhu, iradəsi, sədaqəti və Vətən sevgisi sınanır.
Bu qüvvələrdə “acmışam”, “yorulmuşam”, “yuxusuzam”, “hava çox soyuqdur”, “qar yağır”, “borandır”, “gedə bilmirəm”, “dözə bilmirəm” kimi anlayışlar olmur. Əvvəlcə insan psixoloji olaraq hər çətinliyə hazır olmalıdır. Çünki xüsusi təyinatlı qüvvələr ailəsinə qoşulmaq üçün sən həyatında bir çox şeyləri torpağın, bayrağın, dövlətin və ailən naminə qurban verməlisən.
Sən artıq bir çox şeylərdən məhrum olacaqsan və olursan da. Yaxşı istirahətlər, rahat həyat, restoranlar, parkda gəzmək, xarici ölkələrdə dincəlmək… Sənin istirahətin dağlarda, dərələrdə, palçıqda, qarda və yağışın altında keçəcək. Bəzən günlərlə yuxusuz qalacaqsan, bəzən bir tikə çörəyə möhtac olacaqsan, amma yenə də tapşırıqdan geri dayanmayacaqsan. Çünki sən artıq özünü yox, dövlətini düşünən insan olacaqsan.
Bəzən ailəndən uzaqda olacaqsan. Ən yaxınlarının yanında ola bilməyəcəksən. Bayram günlərini səngərdə, gecələri pusquda keçirəcəksən. Sənin üçün zaman anlayışı dəyişəcək. Çünki xüsusi təyinatlı üçün ən önəmli məsələ tapşırığın uğurla icra olunmasıdır.
Çünki sənə verilən tapşırıq Azərbaycanın ərazi bütövlüyünü və dövlətimizin suverenliyini qorumaq olacaq. Düşmən dərinliklərində tapşırıqlar icra edəcəksən. Elə tapşırıqlar olacaq ki, adın bilinməyəcək, gördüyün işlər gizli qalacaq, amma dövlətin və millətin sənin xidmətini hər zaman hiss edəcək.
Hər dəfə tapşırığa gedəndə düşünmə ki, getdiyin kimi də geri qayıdacaqsan. Xeyr… belə bir zəmanət yoxdur. Çünki bu yol ölümün gözünün içinə baxaraq irəliləməkdir. Bu yol qorxunu məğlub edib tapşırığı sona qədər yerinə yetirməkdir.
Qayıdacaqsan… Amma necə qayıdacağını heç kim bilmir. Geri dönməyin üç yolu var:
Birincisi — getdiyin kimi sağlam şəkildə qayıtmaq.
İkincisi — yaralı qayıtmaq, əlini, ayağını itirərək dönmək. Necə ki, 44 günlük Vətən müharibəsində bunu yaşayan igidlərimiz oldu.
Üçüncüsü isə — sənin nəşinin qayıtmasıdır. Yenə də 44 günlük Vətən müharibəsində olduğu kimi...
Bəli, bu yol ağırdır. Bu yol qorxu, ağrı, həsrət və çətinliklə doludur. Amma bu yolun sonunda Vətən sevgisi, şərəf və qürur dayanır. Çünki xüsusi təyinatlı olmaq hər adamın bacaracağı iş deyil. Bu adı daşımaq üçün ürək lazımdır, sədaqət lazımdır, Vətən üçün canından keçməyi gözə almaq lazımdır.
Nə qədər ağır olsa da, bir o qədər də şərəflidir xüsusi təyinatlı qüvvələrdə xidmət etmək. Çünki sən artıq təkcə öz həyatını yaşamırsan, sən bir millətin güvənini daşıyırsan.
Bəli, bizlər heç vaxt rahat yatmağı, rahat yeməyi, gəzməyi düşünmədik. Bizim bir amalımız oldu — dövlətimizə, millətimizə, torpağımıza və Müzəffər Ali Baş Komandanımıza xidmət etmək, onun etimadını doğrultmaq. Biz bilirdik ki, bizim rahat yatmadığımız gecələrdə xalqımız rahat yatacaq. Biz bilirdik ki, bizim çəkdiyimiz əziyyət dövlətimizin gücü və xalqımızın təhlükəsizliyi üçündür.
44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri və xüsusi təyinatlıları bütün dünyaya göstərdi ki, bu xalq öz torpağı uğrunda son nəfəsinə qədər döyüşməyi bacarır. O savaşda şəhid olan qardaşlarımız bizim baş tacımız, qazilərimiz isə yaşayan qəhrəmanlarımız oldular.
Məhz xüsusi təyinatlı qüvvələrdə də bu məqsədlə xidmət etməlisən. Çünki bu yolun sonunda ya qəhrəmanlıq var, ya da şəhidlik. Hər iki halda isə sən artıq Vətən üçün yaşayan və Vətən üçün döyüşən bir ömür yazmış olursan.
Vətən sağ olsun!

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

7-06-2026, 19:47

Qəhrəman danışır...

gundem / sosial / manset

12-06-2026, 17:10

Zəmanəmizin qəhrəmanının döyüş xatirələri...

gundem / sosial / manset

10-05-2026, 15:21

“Bir qəhrəmanlıq salnaməsi və ya qorxunu təslim edənlərin hekayəsi...”

gundem / manset

9-11-2024, 11:10

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

gundem / sosial / manset

30-12-2025, 16:15

BİR QƏHRƏMANLIQ FƏLSƏFƏSİ...

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:36
    2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb
  • Bu gün, 10:04
    Həftəyə tıxacla başladıq
  • Bu gün, 09:56
    İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
  • Bu gün, 09:52
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 09:49
    Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”
  • Bu gün, 09:45
    Şəmkirdə evdən kişi meyiti tapıldı
  • Bu gün, 09:41
    “Qarabağ”dan çətin qələbə
  • Bu gün, 09:37
    Koxalski “Qarabağ”dan ayrılır - Azarkeşlərlə sağollaşdı
  • Bu gün, 09:34
    “Haqqınızı halal edin, vəziyyətim yaxşı deyil”
  • Bu gün, 09:31
    51 yaşlı kişini maşın vurub öldürdü
  • Dünən, 19:21
    “Məktəbli məktəbinə getsin” – gələcəyimiz olan uşaqlara dəstək
  • Dünən, 12:10
    Prezident Esvatini Kralını təbrik etdi
  • Dünən, 12:06
    Faktiki hava açıqlandı
  • Dünən, 12:01
    Yağış, sel, güclü külək... - FHN-dən müraciət
  • Dünən, 11:58
    Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi
  • Dünən, 11:52
    “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 11:47
    İsrail Livana cavab zərbələri endirib
  • Dünən, 11:43
    “Mercedes” ağaca çırpılaraq aşdı - 26 yaşlı kişi öldü
  • Dünən, 11:39
    Danışıqları üç saatdan çox çəkdi - Yenilənib
  • Dünən, 11:35
    “Beşiktaş” derbidə “Fənərbaxça”nı məğlub etdi
  • Dünən, 11:31
    İranda yanacaq tankeri partladı - 10 ölü
  • Dünən, 11:04
    Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
  • 5-09-2026, 21:23
    Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
  • 5-09-2026, 20:45
    Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
  • 5-09-2026, 18:21
    “Dublyaj sənətinin nəzəriyyəsi və Praktiki əsasları” nəşr olundu
  • 5-09-2026, 18:11
    Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
  • 5-09-2026, 13:30
    Tanınmış kinooperator vəfat etdi
  • 5-09-2026, 13:23
    Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
  • 5-09-2026, 13:13
    “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” - Davam edir
  • 5-09-2026, 13:08
    Saakyanın əsassız iddialarına - Cavab verdi
  • 4-09-2026, 12:17
    Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
  • 4-09-2026, 12:08
    Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
  • 4-09-2026, 11:52
    Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
  • 4-09-2026, 11:43
    “Honeywell” Qarabağda - Ağdamda qaz sayğacı zavodu qurulur
  • 4-09-2026, 11:35
    “Qəbələ” “İmişli”yə, “Şamaxı” “Kəpəz”ə qarşı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə