
XTQ-nin qüvvələrin ehtiyatda olan baş giziri Zaur Ələkbərovun xatirələri.
XTQ-nin ehtiyatda olan baş giziri Ələkbərov Zaur Zakir oğlunun qəhrəmanlıq obrazı.
Xüsusi Təyinatlı Qüvvələrdə ümumi xidmət müddətim 21 il 6 ay olmuşdur.
Bu illər ərzində çoxsaylı əməliyyatlarda və döyüşlərdə iştirak etmişəm. 2012-ci ildən 2016-cı ilədək düşmənin dərinliklərində dəfələrlə hücum qruplarının tərkibində kəşfiyyat əməliyyatları icra etmişəm.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıyam.
2020-ci il 44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək döyüşlərdə iştirak etmişəm.
2020-ci ildə Xocavənd əməliyyatında 62 erməni əsirinin ələ keçirilməsi əməliyyatının iştirakçısıyam.
2021-ci ildə Kəlbəcər istiqamətində dövlət sərhədlərinin bərpası üzrə həyata keçirilən əməliyyatların iştirakçısıyam.
2022-ci ildə Kəlbəcər ərazisində keçirilən 4 günlük sarsıdıcı zərbə əməliyyatının iştirakçısıyam.
2023-cü ildə 24 saatlıq keçirilən antiterror əməliyyatının iştirakçısıyam.
Keçmişə nəzər saldıqda, düşmənin dərinliklərində həyata keçirdiyimiz kəşfiyyat əməliyyatları bir-bir gözlərimin önündə canlanır. Bu əməliyyatlardan biri də 2015-ci ildə yuxarı komandanlıq tərəfindən bölməmizə həvalə edilmiş xüsusi tapşırıq idi.
Qısa olaraq sizə həmin əməliyyat haqqında məlumat verirəm.
Bu əməliyyat öz mürəkkəbliyi, yüksək risk dərəcəsi və qarşıya qoyulan tapşırığın əhəmiyyəti ilə yaddaşıma həkk olunmuşdur. Aradan illər keçməsinə baxmayaraq, həmin gecələrin gərginliyi, yerinə yetirilən tapşırıqların məsuliyyəti və döyüş yoldaşlarımla birlikdə nümayiş etdirdiyimiz peşəkarlıq bu gün də mənim üçün unudulmaz xatirə olaraq qalır.
2015-ci ilin aprel ayı idi. Heç vaxt yadımdan çıxmaz, bu, düşmən arxasında yerinə yetirdiyim ən ağır və uğurlu tapşırıqlardan biri idi.
07.04.2015 tarixində bizə verilən kəşfiyyat məlumatlarına görə, düşmən Ağdam–Ağdərə istiqamətində aktiv fəaliyyət göstərirdi.
Hazırlığımızı yekunlaşdıraraq, Ağcabədi rayonu ərazisində olan meşəlik ərazilərin birində yerləşdik və tapşırığın son hazırlıqlarına davam etməyə başladıq.
Bizim fəaliyyətimiz Ağdam–Ağdərə istiqamətinə gedən yolda düşmənin gələn bölməsinə xüsusi maneə qurmaq və təxribat törədən düşməni zərərsizləşdirmək, daha sonra isə təxminən 2 kilometr aralıda yerləşən minaatan mövqelərini sıradan çıxararaq fəaliyyətlərini zəiflətmək idi.
Bu tapşırıq həm təchizat, həm də məsafə baxımından olduqca ağır sayılırdı.
Bütün fəaliyyətlərimiz düşmən arxasında təxminən 10 km dərinlikdə həyata keçirilməli idi.
Bu əməliyyatdan əvvəl mən təxminən 20 gün qabaq öz taborumla iki tapşırıqdan yenicə qayıtmışdım. Təcrübəli baş kəşfiyyatçı olduğum üçün məni həmişə taborun ön dozor qrupunda təyin edirdilər.
Ön xətdə istehkam maneələri təmizlənərək keçid açıldı. Hücum qrupunun tərkibində Vətən Müharibəsi Qəhrəmanı Səfərli Gündüz, Baxşızadə Kamran, Nəsibli Rəşad, Salmanov Səxavət, Fərəcov Rövşən və mən — Ələkbərov Zaur var idim. Hazırda 3 nəfər xidmətdə olduğu üçün onların adlarını çəkə bilmirəm: Ş.Z., A.S. və K.R. Hücum qrupu 9 nəfər döyüşçüdən ibarət idi.
Təchizat çox ağır idi. Siz təsəvvür edin ki, 5 ədəd tank əleyhinə vasitə və 4 ədəd piyada əleyhinə vasitə 10 kilometr dərinlikdə qurulmalı idi. İstehkam mütəxəssisi Fərəcov Rövşən bu işlərin öhdəsindən gəlməli idi.
Mən tapşırığın dərinliyini nəzərə alaraq qrup komandirinə təklif verdim ki, qrup komandirinin müavini ön dozora getsin. Məndən səbəbini soruşanda dedim ki, bizə 1 PKMN pulemyotu yox, 2 pulemyot lazımdır. Çünki bizə bir marşrutda 2 tapşırıq verilib və 10 kilometr dərinlikdə bunun geri qayıtmasını da düşünməliyik.
Qrup komandiri mənim təklifimlə razılaşdı.
Mən də eyni qaydada Nəsibli Rəşadla birlikdə 7,62 mm-lik PKMN ağır silahını və üzərimizdə 2000 mərmi götürdüm. Əlavə olaraq 4 əl qumbarası və bir ədəd tank əleyhinə MUXA var idi.
Ayın 12-si digər qruplar tərəfindən giriş-çıxışlar bağlandıqdan sonra hərəkətə başladıq.
Həmin axşam saat 22:00 radələrində düşmənin dərinliklərinə 9 nəfərlik qrupla sızdıq.
Həmin an həm həyəcan, həm də ciddi gərginlik var idi. Çünki tapşırığın dəqiq və vaxtında yerinə yetirilməsi vacib idi.
Təxminən gecə saat 02:00 radələrində Ağdam–Ağdərə yoluna çatdıq. Müşahidə və mühafizə sistemi quraraq istehkam maneələrinin quraşdırılmasına başladıq və bu tip tapşırıqlar çox olsa da, istifadə olunan vasitələrin həcmi və əməliyyatın miqyası baxımından xüsusi xarakter daşıyırdı.
Təxminən saat 04:00 radələrində istehkam maneələrinin qurulması tamamlandı və şəxsi heyət mövqelərə yerləşdirildi. VMQ Səfərli Gündüz mənə sağ istiqamətin tək şəkildə nəzarətdə saxlanılması barədə tapşırıq verdi və verilən əmr yerinə yetirildi.
Səhərə yaxın, təxminən saat 05:00 radələrində artıq hava işıqlanmağa başlamışdı. Düşmən texnikasının yaxınlaşması barədə məlumat verildi. 9 nəfərlik döyüş qrupu təxminən 100 metr məsafədə açılmış şəkildə mövqe tutmuşdu.
Qarşı tərəfin 5 ədəd texnikadan ibarət kolonu (2 ədəd UAZ, 1 ədəd QAZ-66, 1 ədəd "Satko" və 1 ədəd tibb maşını daxil olmaqla) hərəkət zamanı əvvəlcədən qurduğumuz istehkam minalarına düşdü. Partlayış nəticəsində texnikalar və şəxsi heyət zərərsizləşdirildi.
Daha sonra ərazi nəzarətə götürüldü və kontrol baxışı aparıldı ki, tapşırığın icrası tam təsdiqlənsin. Ərazinin təhlükəsizliyi təmin edildikdən sonra növbəti mərhələyə keçid həyata keçirildi.
Bu əməliyyat nəticəsində düşmənə məxsus 5 ədəd nəqliyyat vasitəsi və 28 nəfərlik şəxsi heyət zərərsizləşdirildi. Onların tərkibində yüksək rütbəli zabit heyətinin olduğu da müəyyən edildi.
Səhər açılırdı, biz növbəti tapşırığa hərəkət edirdik. Lakin bu zaman düşmən artıq vəziyyətdən xəbər tutmuşdu və bizimlə üzbəüz döyüşə girdi.
Demək olar ki, üzərimizə böyük qüvvə ilə hücum edildi, amma biz bu hücumun qarşısını ala bildik və düşməni geri çəkilməyə məcbur etdik.
Döyüş zamanı sağ tərəfdən bizə gizli yaxınlaşan düşmən qrup komandiri tərəfindən zərərsizləşdirildi. Əgər həmin düşmən məhv edilməsəydi, mənim üçün daha ağır nəticələr ola bilərdi.
Bir qədər sonra düşmən yataqxanasından iki düşmən hərbçisi çıxıb qaçmağa cəhd etdi. Pulemyot silahımı onların istiqamətinə yönəldərək hər ikisi zərərsizləşdirildi.
Ardınca komanda verildi ki, zərərsizləşdirilən düşmən üzərində kontrol atışı aparılsın və dərhal geri çəkilmə həyata keçirilsin. Çünki artıq istiqamətimizə əlavə qüvvələrin gəlməsi ehtimalı vardı və mövqedə qalmaq təhlükəli idi.
Ümumilikdə həmin istiqamətdə aparılan döyüş nəticəsində düşmənin canlı qüvvəsi tam zərərsizləşdirildi və biz təhlükəsiz şəkildə öz mövqelərimizə geri çəkilə bildik.
Hər bir döyüş yoldaşımın üzündə qürur hissi var idi. Çünki verilən tapşırıq uğurla yerinə yetirilmişdi.
Bu əməliyyat nəticəsində düşmənin canlı qüvvəsinə və texnikasına ciddi itkilər verdik.
Özümüzü bir daha düşmənə isbat etdik ki, biz XTQ heyəti olaraq kiçik bir qrupla yüksək hazırlıqlı və peşəkar olduğumuzu sübut etdik.
O anlarda əsas məqsədimiz yalnız verilən əmri yerinə yetirmək, dövlətin və bayrağın şərəfini qorumaq idi.
Bu gün geriyə baxanda həmin əməliyyatları qürur hissi ilə xatırlayıram. Dövlətimizin və Ali Baş Komandanımızın etimadını doğrultmaq bizim üçün ən böyük məsuliyyət və şərəf idi.
PS: Bu xatirələr Vətənə sədaqətin, döyüş yoldaşlığı ruhunun və XTQ-nin peşəkarlığının canlı ifadəsidir. Hər bir əməliyyat şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə yazılan şərəf tarixidir. Bu yaddaş gələcək nəsillərə örnəkdir və dövlətə xidmət andının müqəddəsliyini bir daha təsdiqləyir. Zaur Ələkbərovun xatirəsi daim yaşayacaq xalqın yaddaşında əbədi olaraq qalır. Bu əməliyyatlar hərb tariximizin şanlı səhifəsidir. XTQ döyüşçüləri yüksək hazırlıq və cəsarət nümayiş etdirərək Vətənin təhlükəsizliyi üçün gecə-gündüz xidmət göstərmişlər. Onların fədakarlığı hər zaman ehtiramla anılacaq və gələcək nəsillərə örnək olacaq. Vətən sevgisi ən ali dəyərdir və bu yol müqəddəsdir daim qorunacaq birlik ruhu ilə yaşayacaq hər zaman qalacaq.