2006-cı ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi 12 il ərzində dövlətimizə, dövlətçiliyimizə xidmət edib. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bütün səfərlərini, görüşdüyü görkəmli dövlət rəhbərlərinin və bu görüşlərdən ölkəmizin inkişafı naminə hər bir sahədən olan məlumatları dərc edib oxucularına çatdırıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın görüşlərini işıqlandırıb. Nərgiz Paşayevanın baş elmi rəhbər olduğu “Mərhəmət Elçisi” jurnalı Nərgiz xanımın elm sahəsində qazandığı uğurları mütəmadi olaraq oxucularına təqdim edib. “Mərhəmət Elçisi” jurnalı ölkə prezidentinin qərar və sərəncamlarından irəli gələn müddəaları Azərbaycanın inkişafı naminə sosial-iqtisadi inkişaf dövlət proqramını yerlərdə yetirilməsi və qazanılan qələbələr haqqında məlumatları oxucularına təqdim edir.
Sentyabr ayında isə daha özəl günlərə, 100 illiklərə həsr edilib. Azərbaycan respublikasının, Azərbaycan polisinin və prokurorluq orqanlarına bayram təbrikləri ünvanlanıb.
Türkiyə Prezidentinin Azərbaycana səfəri, Azərbaycanda təsis olunmuş “Heydər Əliyev adına Azərbaycanın Dostları Klubu” İctimai Birliyi haqqında məlumat, qəhrəmanlıqlarla adını tarixlərə yazan polis və prokuror işçilərinin sücaətini əks etdirən yazılar və foto şəkillər dərc olunub.
T.A.İsmayılova
“Mərhəmət elçisi” jurnalının Təsisçi Direktoru, “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin Sədri