• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul edilir

gundem / siyaset / manset

14-07-2026, 18:53

Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul edilir
Məşhur Məmmədov
Milli Məclisin deputatı

IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüş platforması deyil, beynəlxalq siyasət, təhlükəsizlik, enerji, nəqliyyat, rəqəmsal inkişaf və qlobal informasiya mühitinin müzakirə olunduğu nüfuzlu dialoq məkanına çevrilib.
Prezident İlham Əliyevin Forum çərçivəsində müxtəlif ölkələrdən olan jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlər Azərbaycanın qarşıdakı dövr üçün xarici siyasət prioritetlərini, regional baxışını və qlobal proseslərdə oynamaq istədiyi rolu aydın şəkildə ortaya qoydu. Şuşadan verilən mesajlar göstərdi ki, Azərbaycan artıq yalnız regional hadisələrin iştirakçısı deyil, geosiyasi, iqtisadi və informasiya məkanında təşəbbüslər irəli sürən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
İlk növbədə, Şuşa Qlobal Media Forumunun özü Azərbaycanın "yumşaq güc" siyasətinin mühüm alətinə çevrilib. Cəmi dörd il ərzində Forumun 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirməsi, builki tədbirdə isə 53 ölkədən 160 nümayəndənin, onlarla beynəlxalq media qurumunun və təşkilatın iştirak etməsi artıq bu platformanın beynəlxalq nüfuz qazandığını göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, məqsəd yalnız media dialoqu yaratmaq deyil, xarici jurnalistlərə Qarabağda aparılan bərpa və quruculuq işlərini yerində nümayiş etdirmək, Azərbaycanın həqiqətlərini birbaşa göstərməkdir. Bu isə informasiya müharibəsində faktlara söykənən yeni yanaşmanın formalaşdırılması deməkdir.
Çıxışın mühüm hissəsini Azərbaycanın nəqliyyat və logistika strategiyası təşkil etdi. Prezident bildirdi ki, ölkənin tranzit mərkəzinə çevrilməsi təsadüfi deyil, uzun illər davam edən ardıcıl siyasətin nəticəsidir. Fiziki infrastrukturun yaradılması, qonşu dövlətlərlə qarşılıqlı etimadın qurulması və çoxtərəfli əməkdaşlıq Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində əsas oyunçulardan birinə çevrilməsini təmin edib. Orta Şərqdə artan gərginlik fonunda Azərbaycanın ərazisindən keçən marşrutların əhəmiyyətinin daha da artması ölkənin geostrateji mövqeyini gücləndirən əsas amillərdəndir. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, gəmiqayırma sənayesinin inkişafı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin genişləndirilməsi Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də Avrasiyanın əsas logistika qovşaqlarından biri olmaq iddiasını nümayiş etdirir.
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini də xüsusi vurğulayaraq bildirdi ki, bu model artıq beynəlxalq münasibətlər üçün nümunəyə çevrilib. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr yalnız ortaq tarixə və mədəniyyətə deyil, təhlükəsizlik, iqtisadiyyat və regional sabitlik kimi strateji maraqlara əsaslanır. Prezidentin "biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik" fikri iki dövlət arasında formalaşmış yeni geosiyasi reallığın əsas mahiyyətini ifadə edir.
Forumun diqqətçəkən hissələrindən biri Avropa təsisatları ilə münasibətlərə dair verilən mesajlar oldu. Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərdə yeni mərhələnin başlandığını qeyd etsə də, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli münasibətini sərt tənqid etdi. Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsinin hüquqi deyil, siyasi qərar olduğunu vurğulayan dövlət başçısı bu addımın ölkənin suverenliyini bərpa etməsinə görə cəza xarakteri daşıdığını bildirdi. Eyni zamanda, Azərbaycanın Avropa Şurasından çıxmaq variantını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan etməsi təşkilata açıq siyasi xəbərdarlıq kimi qiymətləndirilə bilər.
Prezidentin ABŞ ilə münasibətlərə dair fikirləri də yeni geosiyasi reallığın konturlarını göstərdi. Donald Tramp administrasiyası ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən Prezident İlham Əliyev 907-ci düzəlişin tamamilə köhnəldiyini və artıq ləğv edilməsinin vacibliyini vurğuladı. Azərbaycan-Ermənistan sülh prosesində Vaşinqtonun son dövrdə oynadığı rol, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması və müdafiə, enerji, süni intellekt, rəqəmsal transformasiya kimi istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi Bakının ABŞ ilə münasibətlərində yeni mərhələnin başlandığını göstərir.
Forumda səslənən ən mühüm siyasi tezislərdən biri Azərbaycanın artıq "orta güc" statusuna yüksəlməsi ilə bağlı oldu. Prezident İlham Əliyev bildirdi ki, orta güc anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla ölçülmür. Milli maraqları müstəqil şəkildə müdafiə etmək, regional proseslərə təsir göstərmək, məsuliyyətli siyasət yürütmək və döyüş meydanında sübut olunmuş müdafiə potensialına malik olmaq bu statusun əsas göstəriciləridir. Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət məhz bu meyarların formalaşdığını nümayiş etdirir.
Enerji təhlükəsizliyi məsələləri də ölkə rəhbərinin çıxışının əsas istiqamətlərindən biri oldu. Prezident bu ildən Almaniya və Avstriyaya qaz ixracının başlanmasını, Azərbaycanın artıq boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz nəql etdiyini və bu göstəriciyə görə dünyada birinci yerdə olduğunu bildirdi. Eyni zamanda, ACG Deep Gas layihəsi, yeni yataqların işlənməsi və 2032-ci ilə qədər 8 giqavat bərpaolunan enerji gücünün yaradılması Azərbaycanın enerji strategiyasının uzunmüddətli xarakter daşıdığını göstərir. Prezident Avropa İttifaqına da açıq mesaj verərək Azərbaycanın qaz hasilatını artırmağa hazır olduğunu, lakin bunun üçün uzunmüddətli müqavilələrin və yeni nəqliyyat infrastrukturuna investisiyaların vacibliyini vurğuladı.
Çıxışda rəqəmsal transformasiya və süni intellekt də gələcəyin prioritet istiqamətləri kimi təqdim olundu. Dövlət başçısının bu sahənin koordinasiyası üçün xüsusi komissiyanın yaradıldığını açıqlaması göstərir ki, Azərbaycan post-neft iqtisadiyyatına keçidi sürətləndirmək və rəqəmsal dövlət modelini inkişaf etdirmək niyyətindədir.
Prezident İlham Əliyev regional təhlükəsizlik məsələlərinə toxunaraq Azərbaycanın hazırda müharibələrin əhatəsində yerləşdiyini xatırlatdı. Buna baxmayaraq, ölkənin əsas məqsədinin sərhədləri boyunca sülhün təmin olunması, beynəlxalq hüquqa əsaslanan münasibətlərin qurulması və münaqişələrin dialoq yolu ilə həlli olduğu bildirildi. Ermənistanla müharibədən sonra Azərbaycanın vaxtında dayanmasını dövlət başçısı məsuliyyətli siyasətin nümunəsi kimi təqdim etdi və bu yanaşmanın digər regional münaqişələr üçün də örnək ola biləcəyini vurğuladı.
Prezidentin Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, müstəmləkəçiliyə qarşı mübarizə və Fransanın dənizaşırı ərazilərindəki vəziyyət barədə fikirləri isə Azərbaycanın beynəlxalq insan hüquqları gündəliyinə yeni baxış formalaşdırmaq istədiyini göstərdi. Bu çıxış həm də Azərbaycanın beynəlxalq münasibətlərdə ikili standartlara qarşı mübarizə aparmaq niyyətinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər.
Prezident Sovet İttifaqının süqutu dövründə səsləndirilən bədbin proqnozları xatırladaraq qeyd etdi ki, həmin vaxt bəzi dairələr müstəqil respublikaların yaşaya bilməyəcəyini iddia edirdilər. Lakin tarix bunun tam əksini sübut etdi. Azərbaycan dövlətçiliyini möhkəmləndirdi, iqtisadiyyatını inkişaf etdirdi, ərazi bütövlüyünü bərpa etdi və regional gücə çevrildi. Bu kontekstdə Prezident İlham Əliyev Azərbaycanın müstəmləkəçilik əleyhinə mövqeyini də əsaslandırdı. Yeni Kaledoniya, Polineziya, Martinika və Sen-Marten kimi ərazilərin öz müqəddəratını təyin etmək hüququnun dəstəklənməsinin Fransaya qarşı siyasət olmadığını, bunun beynəlxalq hüquq və xalqların azadlıq prinsipinə söykəndiyini vurğuladı. Dövlət başçısı Parislə münasibətlərin normallaşdırılması prosesinin davam etdiyini, qarşılıqlı tənqidlərin isə iki suveren dövlət arasında normal siyasi münasibətlərin tərkib hissəsi olduğunu bildirdi.
Prezidentin Ukrayna ilə bağlı mesajları da diqqət çəkən məqamlardan biri oldu. O, Azərbaycanın prinsipial mövqeyini bir daha təsdiqləyərək bildirdi ki, heç vaxt işğalla barışmaq olmaz. Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyib və bundan sonra da bu mövqeyə sadiq qalacaq. Eyni zamanda, Ukrayna xalqına göstərilən humanitar dəstəyin siyasi bəyanatlardan deyil, səmimi münasibətdən irəli gəldiyini xüsusi vurğuladı.
Çıxışda ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyəti də sərt tənqid edildi. Prezident bildirdi ki, Minsk qrupu heç vaxt tam obyektiv və tərəfsiz vasitəçi olmayıb. Əksinə, müxtəlif dövrlərdə Azərbaycana qəbulolunmaz kompromislər təklif olunub və ölkənin ərazi bütövlüyünü tam bərpa etməsinə mane olmaq cəhdləri göstərilib. Dövlət başçısı İkinci Qarabağ müharibəsi zamanı aparıcı dövlətlərin hərbi əməliyyatların dayandırılması üçün göstərdikləri təzyiqləri xatırladaraq qeyd etdi ki, xalqın iradəsini heç bir xarici təzyiq dəyişdirə bilməz.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq vasitəçilik imkanlarının genişlənməsinə də toxundu. Onun sözlərinə görə, bu gün müxtəlif ölkələr normallaşma və dialoq proseslərində Bakının iştirakını istəyirlər. Bunun əsas səbəbi Azərbaycanın dürüst, etibarlı və gizli gündəmi olmayan tərəfdaş kimi qəbul edilməsidir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan heç vaxt vasitəçilik missiyasından siyasi dividend əldə etmək məqsədilə istifadə etməyib və bundan sonra da yalnız səmimi əməkdaşlıq prinsiplərinə sadiq qalacaq.
Prezidentin fikirlərinə görə, Azərbaycanın regional nüfuzunun artmasının əsas səbəblərindən biri də etimaddır. Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik etməsi və 120 üzv dövlətin yekdilliklə Azərbaycanın səlahiyyət müddətini uzatması bunun ən bariz nümunəsidir. Bu fakt Azərbaycanın beynəlxalq münasibətlərdə verdiyi sözə əməl edən, balanslı və etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir.
Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yaxın və orta perspektiv üçün siyasi yol xəritəsini ortaya qoydu. Qarabağın bərpasından enerji diplomatiyasına, tranzit imkanlarından rəqəmsal transformasiyaya, Türkiyə ilə müttəfiqlikdən ABŞ və Avropa ilə münasibətlərə, regional təhlükəsizlikdən qlobal sülh gündəliyinə qədər geniş strateji baxış nümayiş etdirildi. Bu mesajlar göstərdi ki, müstəqilliyini möhkəmləndirmiş, ərazi bütövlüyünü təmin etmiş və beynəlxalq etimad qazanmış Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edən, beynəlxalq hüquqa söykənən və etibarlı tərəfdaşlıq siyasətini davam etdirən mühüm regional aktor kimi mövqeyini daha da gücləndirir.


www.AzadMedia.az

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

14-07-2026, 10:31

Şuşadan Azərbaycanın yeni geosiyasi mesajları verildi

gundem / siyaset / ust / manset

20-07-2024, 10:45

Prezidentin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq

gundem / sosial / manset

10-07-2026, 10:57

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

gundem / siyaset / ust / manset

21-07-2024, 10:35

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış etdi

gundem / siyaset / ust / manset

25-07-2023, 13:01

“Prezident Şuşa Qlobal Media Forumunda bütün sualları çox dəqiq və sərrast şəkildə cavablandırdı” - RƏY

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • Bu gün, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • Bu gün, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • Bu gün, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • Bu gün, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • Bu gün, 11:12
    Laos-Yanardağ körpüsü
  • Bu gün, 11:09
    Uzaq-yaxın məmləkətlər
  • Bu gün, 11:08
    Qarşılıqlı hörmətə, ortaq maraqlara əsaslanan siyasət
  • Bu gün, 11:07
    Azərbaycan-Laos münasibətləri möhkəm dostluğa əsaslanır
  • Dünən, 13:10
    "İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır!"
  • Dünən, 09:12
    Bakının bir sıra ərazilərində qaz kəsiləcək
  • Dünən, 09:07
    Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü
  • Dünən, 09:03
    “Breaking Bad”in ulduzu intihar edibmiş
  • Dünən, 08:59
    100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
  • Dünən, 08:54
    Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
  • Dünən, 08:49
    Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı
  • Dünən, 08:39
    Bir sıra ərazilərdə işıq olmayacaq - Yenilənib
  • Dünən, 08:35
    Təyyarəni taxtabitilər basdı - Reys ləğv olundu
  • Dünən, 08:30
    Roma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
  • Dünən, 08:27
    Yedikləriniz əhvalınıza təsir edirmiş
  • 13-10-2026, 16:06
    “Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
  • 13-10-2026, 13:30
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 13-10-2026, 10:57
    AZAL doqquz ayda 14,1 min reys həyata keçirib
  • 13-10-2026, 10:52
    Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar...
  • 13-10-2026, 10:48
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • 13-10-2026, 10:44
    Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
  • 13-10-2026, 10:38
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • 13-10-2026, 10:34
    Ulduz yox, meteor yağacaq
  • 13-10-2026, 10:30
    Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq
  • 13-10-2026, 10:18
    Oktay Kaynarca “Milyoner”dən ayrıldı
  • 13-10-2026, 10:15
    104 yaşlı tısbağanı əməliyyat edəcəklər
  • 13-10-2026, 10:11
    Tramp üçün 276 milyonundan keçdi
  • 12-10-2026, 20:40
    Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT
  • 12-10-2026, 14:33
    Əhəd balanın 4 yaşı tamam olur – ailənizin sevincinə sevinc qatılsın!
  • 12-10-2026, 11:38
    “Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə