• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan–Qırğızıstan münasibətləri Orta Dəhlizin inkişafına təkan verir

gundem / siyaset / manset

2-08-2026, 13:14

Azərbaycan–Qırğızıstan münasibətləri Orta Dəhlizin inkişafına təkan verir
Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul olunan Çolpon-Ata Bəyannaməsi, qarşılıqlı ali dövlət təltiflərinin təqdim edilməsi və dövlət başçılarının mətbuata bəyanatları göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq yeni keyfiyyət mərhələsinə yüksələrək strateji müttəfiqlik məzmunu qazanıb.

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin möhkəm təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində formalaşdırılıb. Məhz onun müəyyən etdiyi çoxşaxəli xarici siyasət kursunda türk dünyası ilə əlaqələrin inkişafı xüsusi yer tuturdu. Ulu Öndər müstəqilliyini yenicə bərpa etmiş türk dövlətləri arasında siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın və ortaq dəyərlərin qorunmasının gələcək inkişaf üçün mühüm amil olduğunu uzaqgörənliklə qiymətləndirirdi. Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin institusional əsaslarının yaradılması, qarşılıqlı etimad mühitinin formalaşdırılması və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin qurulması həmin dövrdə müəyyənləşdirilən strateji xətt idi.

Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində müşahidə olunan sürətli inkişaf təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionlararası əməkdaşlığın təşəbbüskarı, nəqliyyat və logistika layihələrinin əsas iştirakçısı, enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş və Türk dünyasının inteqrasiyasını təşviq edən aparıcı dövlətlərdən birinə çevrilib.

Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı səsləndirdiyi "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri səfərin əsas siyasi mesajı kimi xüsusi əhəmiyyət daşıyır. Bu bəyanat göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq yalnız dostluq və tərəfdaşlıq çərçivəsində deyil, qarşılıqlı etimada, siyasi həmrəyliyə və ortaq strateji maraqlara əsaslanan müttəfiqlik mərhələsinə qədəm qoyub. Dövlət başçısının vurğuladığı kimi, bundan sonra iki ölkə beynəlxalq təşkilatlarda, iqtisadi layihələrdə, təhlükəsizlik məsələlərində və regional təşəbbüslərdə bir-birini daha fəal şəkildə dəstəkləyəcək.

Səfər çərçivəsində Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması barədə əldə olunan razılaşma iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Fondun maliyyə imkanlarının iki dəfə artırılması yalnız rəqəmlərin böyüməsi deyil, qarşılıqlı etimadın, uzunmüddətli iqtisadi tərəfdaşlığın və gələcəyə hesablanmış birgə inkişaf strategiyasının göstəricisidir. Bu vəsait hesabına sənaye, kənd təsərrüfatı, emal, logistika, turizm və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması üçün geniş imkanlar yaranacaq.

İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa olunan "Bakı Resort & Spa" hotelinin istifadəyə verilməsi də xüsusi diqqətə layiq hadisədir. İlk beşulduzlu hotelin məhz "Bakı" adını daşıması Azərbaycanın Qırğızıstana münasibətdə səmimi dostluğunun və uzunmüddətli əməkdaşlıq niyyətinin rəmzidir. Bu layihə ölkəmizin xaricdə həyata keçirdiyi iqtisadi diplomatiyanın uğurlu nümunələrindən biri olmaqla yanaşı, Azərbaycan brendinin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd etdi. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin tikilməsi təkcə sosial layihə deyil, türk dövlətləri arasında qardaşlığın və həmrəyliyin real təzahürüdür. İşğaldan azad olunmuş ərazilərin bərpasına göstərilən bu dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və ortaq tarixə, ortaq köklərə əsaslanan münasibətlərin daha da möhkəmləndiyini göstərir.

Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması, onun adını daşıyan parkın salınması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımız arasında mənəvi bağların daha da güclənməsinə xidmət edir. Bu layihələr ortaq tariximizi, dilimizi, mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə çatdıran mühüm körpülərdir.

Çolpon-Ata Bəyannaməsinin qəbul olunması isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən mühüm siyasi sənəddir. Bu bəyannamə siyasi dialoqun genişləndirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və yaşıl enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi isə ölkəmizin regionun ayrılmaz tərəfdaşı və etibarlı siyasi aktoru kimi qəbul olunduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – birinci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeninə layiq görülməsi iki ölkə arasında qarşılıqlı etimadın və yüksək siyasi münasibətlərin ən parlaq göstəricilərindən biridir. Belə ali dövlət təltifləri dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin və strateji tərəfdaşlığın ifadəsi hesab olunur.

Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər Türk dünyasının birliyinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsinə, Orta Dəhlizin inkişafına, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanır, Azərbaycanı Türk dünyasının aparıcı siyasi, iqtisadi və diplomatik mərkəzlərindən birinə çevirir


www.AzadMedia.az

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

24-06-2026, 13:10

Azərbaycan-Türkmənistan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

gundem / ust / manset

26-04-2024, 10:59

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir

gundem / siyaset / ust / manset

24-05-2024, 12:37

Tacikistan və Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verən səfər

gundem / siyaset / manset

8-04-2026, 13:47

İkitərəfli münasibətlərdə yeni strateji inkişaf istiqamətləri - DEPUTAT

siyaset / manset

23-04-2024, 10:32

Qırğızıstan prezidenti Ağdama gedəcək

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 11:52
    İsveçrədə də kütləvi iğtişaşlar baş verib
  • Bu gün, 11:39
    “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
  • Bu gün, 11:35
    Tramp Netanyahu ilə nə danışdı?
  • Bu gün, 11:30
    Kəmaləddin Heydərovdan yeni - Təyinatlar
  • Bu gün, 11:26
    96 yaşlı milyarder 48 ildir su içmirmiş...
  • Bu gün, 11:20
    Bakıda keçmiş ət kombinatında yanğın
  • Bu gün, 11:08
    Bolqarıstanda prezident seçkilərinin ikinci turu başladı
  • Bu gün, 10:54
    Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi
  • Dünən, 22:01
    Fələstindən Şimali Kipr Türk Respublikasına qarşı vəfasızlıq
  • Dünən, 11:36
    Elşad Kəlbəliyev – sahibkarlıq fəaliyyəti, zəhmətkeşliyi və işgüzar keyfiyyətləri ilə seçilən nümunəvi iş adamı
  • Dünən, 10:55
    İlham Əliyev mükafatlandırma mərasimində
  • Dünən, 10:49
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 10:39
    “HALO Trust” - minatəmizləmədə şübhəli fəaliyyətləri ilə tanınan təşkilatdır
  • Dünən, 10:34
    “Azeri Light”ın qiyməti 126 dollara qalxdı
  • Dünən, 10:21
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 10:16
    Respublika Elmi Konfransının açılışı keçirilib
  • Dünən, 10:12
    Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər
  • Dünən, 10:07
    10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
  • Dünən, 10:02
    Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
  • 30-10-2026, 13:41
    Vüqar Əhmədov – enerji sektorunun inkişafına, müasir idarəçilik və xidmət keyfiyyətinə töhfə verən rəhbər
  • 30-10-2026, 13:14
    Vətənpərvər insan Ümid Əsgərov – dövlətinə, xalqına və Vətəninə bağlılığın nümunəsi
  • 30-10-2026, 12:23
    Bu mərkəz “PAŞA Holding”in dəstəyi ilə Azərbaycanda fəaliyyətə başlayır - Fotolar
  • 30-10-2026, 12:18
    Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü
  • 30-10-2026, 12:09
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • 30-10-2026, 12:03
    Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
  • 30-10-2026, 11:58
    Orxan Məmmədov Urakəranda sakinlərlə görüşdü - Fotolar
  • 30-10-2026, 11:53
    “Ombudsman dövlət orqanlarındakı nöqsanları göstərməlidir”
  • 30-10-2026, 11:48
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • 30-10-2026, 11:42
    Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
  • 30-10-2026, 11:38
    “Turan Tovuz” “Sabah”a qarşı
  • 30-10-2026, 11:18
    “Binance” kriptobirjasına kiberhücum - 6 milyardlıq zərər dəyib
  • 29-10-2026, 16:50
    Mais Məmmədov – yol hərəkətinin təhlükəsizliyi və vətəndaş məsuliyyəti naminə xidmət
  • 29-10-2026, 16:38
    “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov – enerji təsərrüfatının inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi naminə
  • 29-10-2026, 16:17
    İlqar Talıbov – humanitar təhsilin inkişafına, gənc nəslin maariflənməsinə xidmət edən rəhbər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə