Qarışıq döyüş növləri (MMA) ustası Həbib Nurməhəmmədov döyüşlər ərəfəsində çəkisini azaltdığı zaman ağır vəziyyətindən söz açıb.
UFC çempionu sözügedən prosedur zamanı bir neçə il öncə ölümlə üz-üzə olduğunu bildirib.
“Bu təhlükəli və peşəkar idman növüdür. Çoxları daxildə nə baş verdiyini bilmir, dizimdə, belimdə, qabırğamda keçirdiyim əməliyyatlardan xəbərsizdirlər.
Təqribən iki il əvvəl çəkimi azaldanda ölümlə üz-üzə idim”, - Nurməhəmmədov deyib.