Bəzən postlarda hərəkətin təhlukəsizliyini səmərəli təşkil etmək, qəzaların qarşısını almaq ,kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək ,sürücülər və sərnişinlər arasında marifləndirmə işləri aparmaqla bağlı tədbirlər keçirilir.
Belə postlardan biridə, polis mayoru Qulu Quliyevin rəhbərlik etdiyi 728 saylı Bakı-Ələt-Astara postdur. Bu post ilk baxışdan diqqəti cəlb edir. Gün ərzində minlərlə avtomobil bu yoldan ötür.Məndə bu yoldan otən zaman diqqətimi xidmet aparan YPX-nin əməkdaşları cəlb etdi və avtomobilimi saxlayıb xidmetdə olan əməkdaşarla tanış oldum. Həmsöhbətlərim polis kapitani Məmmədov Səbuhi ,polis baş serejantlari Quliyev Cabir və Tağızadə Nicat oldular . Xidmətdə olan ypx-nin əməkdaşları sürücülərin nizam- intizama riayyət etməsinə, yolda hərəkətdə olan zaman onların yuxulu olmasının qarşısının alınması üçün səy göstərirdilər.Çünki sürücülərin avtomobili idarə etməsi hər mövsümə uyğun olaraq çətindir.Yayda havaların isti olması , payız- qış mövsümündə isə yolların sürüşkən və buzlu olmasi sürücülərin məsuliyyətini artırır və buna görədə postlarda xidmət aparan YPX-nin əməkdaşları sürücüləri saxlayan zaman onlarla profilaktik söhbətlər aparır, yuxulu olub-olmamasını, yorğunluğunu, avtomobillerinin təkərlərinin mövsümə uyğun olmasını soruşur və lazım olarsa postda yaradılmış istirahət otaqlarinda dincəlməsini tövsiyyə edir və bildirirdilər ki, bu həm vəzifə ,həmdə vicdan borcumuzdu.
Bəli, həmsöhbət olduğum əməkdaşlar xidmətin nə qədər çətin olduğun bildirsələrdə vəzifə borclarını layiqincə yerinə yetirirdilər, çünki onlarin hər biri yüksək peşə hazırlığı keçmiş və buna görədə onlar intizamlı, sayıq, cəsarətli və qətiyyətli olurlar ,hər zaman yol hərəkətinin tənzimlənməsinə köməklik edir, sürücülərin qanuna əməl etməsinə və hərəkətdə olan zaman mənzil başına qəzasız çatmasına çalışırlar Bu xeyirxah işlərinə görə 728 saylı post patrul xidmət əməkdaşlarına uğurlar arzulayıram
ulusestv.az sayıtın baş redaktor müavini; Gülxan Aslanov