Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Rauf Nəsirov vəfat edib. O, üç gün əvvəl dünyasını dəyişib.
R. Nəsirovun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Rauf Nəsirov, həmçinin İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində də çalışıb.
Qeyd edək ki, məlumatı İcra Hakimiyyətindən “Qafqazinfo”ya təsdiqləyiblər.