ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerikanın BMT-dəki daimi nümayəndəsinin qadın olmasını istəyir.
Daha öncə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin ilin sonunda öz istəyi ilə vəzifəsindən istefa verəcəyi bildirilmişdi.
Tramp qeyd edib ki, hazırda sözügedən vəzifəyə 5 namizəd arasından seçim edir: onlardan 3-ü qadındır.
“Politico” nəşrinin iddiasına görə isə, Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna Dövlət Departamentinin rəsmisi Hizer Nauertin namizədliyini nəzərdən keçirir.