Payız-qış mövsümünə hazırlığa dair tədbirlər planında icrası nəzərdə tutulmuş küçə və yolların təmiri ilə əlaqədar şəhərin İ.Qayibov, Babək, A.Quliyev, C.Cabbarlı, Ə.Kərimov, Kimyaçılar, K.Hüseynov, 20 Yanvar, Koroğlu, N. Nərimanov və M.Hüseynzadə küçələrində 137092 m2 asfalt örtüyü döşənmiş, 9869 p/m beton və 748 p/m qranit səki daşları düzülmüşdür. Ü.Hacıbəyov küçəsində işlər hal-hazırda davam etdirilir və Z.Hacıyev küçəsində yaxın vaxt ərzində təmir işlərinin icrasına başlanılacaqdır.
Şəhərin 2-ci, 3-cü mikrorayonlarında, 41-ci və 41a məhəllələrində 80694 m2 asfalt örtüyü döşənmiş və hal-hazırda 7-8-12-ci və 26-cı məhəllələrində asfalt örtüyünün təmir işləri davam etdirilir. Nəzərdə tutulmuş digər məhəllə və mikrorayonlarda qrafikə uyğun olaraq asfalt örtüyünün təmiri işləri aparılacaqdır.
Heydər Əliyev, Nəsimi, “Ludviqshafen” və “Tərəqqi” parklarında və eləcə də şəhər Bulvarında mövsüm ərzində mütəmadi olaraq abadlıq-quruculuq işləri aparılmışdır.
Bununla yanaşı 27-di məhəllə və mikrorayon ərazilərində abad məhəllələr yaradılaraq sakinlərin istifadəsinə verilmişdir.
Payız-qiş mövsümünə hazırlıqla bağlı maşın-mexanizmlərin saz vəziyyətə gətirilməsi, inventar və işçi qüvvəsinin səfərbər edilməsi, qışa hazırlıqla əlaqədar qum və duzun tədarük edilməsi, yağıntı zamanı küçə və yolların qardan, buzdan təmizlənməsi üçün tabelikdə olan aidiyyəti idarə və sahə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, ünvanlar üzrə iş bölgüsü aparılmışdır. Mənzil Kommunal Sahələrində çalışan işçilərin qış iş geyimi ilə təmin olunması, onlara lazımi olan iş alətlərinin-düz bel, çala bel, qar təmizləmək üçün kürəklər, ling və sairə alınaraq təhvil olunması üçün aidiyyəti rəhbər işçilərinə tapşırıq verilmişdir. Qarlı havalarda məhəllə və mikrorayonlar ərazisində ilk növbədə giriş qapıların, məhəllədaxili səkilərin, məktəblərə, bağçalara, ərzaq mağazalarına və tullantı yığılan məntəqələrə gedən yolların qardan təmizlənməsi üçün tərtib olunmuş dislokasiyaya uyğun həyata keçirilməsi üçün iş bölgüsü aparılmışdır. İstilik idarəsi ilə birgə yaşayiş binaların mövsümlə əlaqədar istiliyin verilməsi üçün istilik su xətlərinin, batareyaların, ümumiyyətlə istilik sisteminin normal işləməsi üçün lazım olan bütün cihazların yoxlanılması, mövcud nöqsanların müəyyən edilməsi üçün tabelikdə olan aidiyyəti MKS-i rəhbərlərinə tapşırıq verilmiş və icrasına nəzarət olunur.
Şəhər ərazisində çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri ilə əlaqədar şəhərin 10-cu, 11-ci mikrorayonlarında və 1-ci, 7-8-12-ci, 18-ci məhəllələrində təmir işləri aparılmış və hal-hazırda təmir işlərinin icrası davam etdirilir.
Şəhərin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 18-ci mikrorayonlarında və 1-ci məhəlləsində dam örtüklərində 100-dən çox binada əsaslı təmir işləri aparılmış və bununla yanaşı sakinlərin müraciəti əsasında dam örtüklərində cari təmir işləri aparılır.
Ötən illərdə olduğu kimi yaşayış binalarının girişlərində pilləkən qəfəslərinin təmiri və giriş qapılarının quraşdırılması işləri davam etdirilir.
Şəhərin çoxmərtəbəli yaşayış binalarında istismar müddəti keçmiş 105 lift yenisi ilə əvəz edilmiş və qrafik əsasında ehtiyac olan liftlərdə proflaktik təmir işləri aparılır.
Su idarəsi ilə birgə şəhərin yaşayış binalarında mütəmadi olaraq aşağı şəbəkə üzrə su və kanalizasiya xətləri təmir olunmuş, sulu zirzəmilər qurudularaq məişət tullantılarından təmizlənmiş və ardıcıl olaraq dezinfeksiya edilmişdir.
Payız-qiş mövsümünə hazırlıqla əlaqədar xidmət olunan yaşıllıq sahələrində müvafiq qaydada quru və təhlükəli ağacların budanması, ağac, kol və çox illik gül sahələrinin əkini ilə bağlı torpaq sahələrinin müəyyən edilməsi, torpaq sahələrinin bellənməsi, ehtiyac olan yerlərə münbit torpaq verilməsi, ağac və tinglərin dibinin boşaldılaraq gübrə verilməsi, Ağac Bəzək Sovxozunda istifadədə olan istixanada lazımi təmir işlərinin aparılması, çoxillik gül toxumu və şitillərin əkilməsi, subtropik iqlimə uyğun ağacların şaxtalı havalardan qorunması üçün salafan örtüklərin alınması və digər təxirə salınmaz tədbirlərin icrasına başlanılmış və növbəti aylarda təmin olunacaqdır.
Şəhər ərazisindən payız-qış mövsümündə məişət tullantılarının fasiləsiz daşınıb zərərsizləşdirilməsi üçün mövcud texnikalar saz vəziyyətə gətirilmiş, maşın mexanizimlərin normal işlənməsi üçün ehtiyyat hissələri alınaraq tədarük edilmiş, qarın təmizlənməsi üçün nəzərdə tutulan maşınlar təmir olunmuş, hava şəraitindən asılı olaraq iş həcminə uyğun olaraq ehtiyac olarsa əlavə maşın mexanizimlərin icarəyə götürülməsi üçün yerlər müəyyən edilmişdir. Məişət tullantıları yığılan məntəqələrdə kifayət qədər metal qutuların olması üçün yeni qutular alınmış, hal-hazırda istifadə olunan qutularda cari təmir işləri aparılmış, qutuların yerləşdirilməsi üçün qapalı daş tulantı məntəqələri tikilmişdir.
Şəhərin küçə, park, xiyabanlarında, məhəllə, mikrorayonları daxilində mövcud işıqlandırma sistemləri təftiş edilmiş, ehtiyac olan yerlərdə yeni elektrik dirəkləri quraşdırılmış və kabelləşmə işləri aparılmışdır. Fəvvarələrin payız-qış mövsümündə iş rejiminin məhdudlaşdırılması, mühərriklərin şaxtaya qarşı istilik izolyasiya tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti quruma tapşırıq verilmışdır.
Şəhərin daxilində qarlı havalarda nəqliyyatın normal hərəkətinin təmin olunması üçün yollara səpilməsi nəzərdə tutulan qum və duz alınaraq Təmizlik Departamentinin təsərrüfat sahəsinə yığılmışdır. Tullantı poliqonuna gedən yolun təmirinə böyük ehtiyac var.
Prospekt, küçə və yolların qardan təmizlənməsi üçün Təmizlik Departamenti tərəfindən işçilər arasında müvafiq bölgü aparılmış, icrası nəzarətə götürülmüşdür.
Payız-qış mövsümündə sərt hava şəraitində qarşıya qoyulan tapşırıqların vaxtında icrası üçün rəhbər işçilərdən ibarət qərargah yaradılmış, konkret olaraq şəhər Təmizlik Departamentinin inzibati binasının qərargahın iş yeri müəyyən edilmişdir.
Qərargah üzvülərinin operativ işləmələri üçün şəhər ərazisində görülən işlərin dislokasiyası tərtib olunmuş, idarə və sahələr üzrə maşın mexanizmlərin və işçi qüvvəsinin təmin olunması üçün iş bölgüsü aparılmışdır. Konkret olaraq qar təmizlənməsi və daşınması üçün müəyyən edilmiş maşın və mexanizmlərin işlək vəziyyətdə olması üçün tapşırıqlar verilmiş, iş icrası günü sürücülərin vaxtında işə başlanması üçün əlaqə telefonlarının daim açıq olması üçün tapşırıqlar verilmişdir.
Cari ildə payız-qış mövsümünə hazırlıqla bağlı Birliyin tabeliyində olan bütün idarə və müəssisələrdə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq nəzərdə tutulan işlərin icrası operativ olaraq yerinə yetirilmiş və bundan sonra da qalan aylarda digər nəzərdə tutulan işlərin icrası təmin olunacaqdır.
Bununla yanaşı hal-hazırda şəhərin 3-cü, 5-ci, 7-8-12-ci məhəllələr və eləcə də 10-cu, 17-ci və 18-ci mikrorayonlarında abad həyətlər düzəldilir.
Bu abad həyətlərdə əsasən yol və meydançalar asfaltlanır, ərazi üzrə yaşayış binalarının fasadları rənglənir, girişlərə yeni mebel qapılar pilləkan qəfəslərində pəncərələnir, şüşələnir, meydançalarda uşaqların oynamaları üçün şərait yaradılaraq lazımi avadanlıqlar quraşdırılır və yeni oturacaqlar qoyulur. Bundan əlavə həmin ərazidə mövcud yaşıllıqlar budanaraq səliqə - səhman yaradılır, quru ağaclar əkilir. Hal –hazırda qeyd olunan bu ərazilərdə nəzərdə tutulmuş işlər davam etdirilir. İndiyə qədər şəhər ərazisində bu cür 30-a yaxın abad məhəllər yaradılıb və hal – hazırda bu işlər davam etdirilir.
Bununla yanaşı hal-hazırda şəhərin 3-cü, 5-ci, 7-8-12-ci məhəllələr və eləcə də 10-cu, 17-ci və 18-ci mikrorayonlarında abad həyətlər düzəldilir.
Bu abad həyətlərdə əsasən yol və meydançalar asfaltlanır, ərazi üzrə yaşayış binalarının fasadları rənglənir, girişlərə yeni metal qapılar quraşdırılır, pilləkan qəfəslərində pəncərələr şüşələnir, meydançalarda uşaqların oynamaları üçün şərait yaradılaraq lazımi avadanlıqlar quraşdırılır, sakinlərin istirahətləri üçün söhbətgahlar düzəldilərək quraşdırılır və yeni oturacaqlar qoyulur.
Bundan əlavə həmin ərazidə mövcud yaşıllıqlar budanaraq səliqə-səhman yaradılır, quru ağaclar kəsilir və yeni dekorativ ağaclar əkilir.
Hal-hazırda qeyd olunan bu ərazilərdə nəzərdə tutulmuş işlər davam etdirilir. İndiyə qədər şəhər ərazisində bu cür 30-a yaxın abad məhəllər yaradılıb və hazırda bu işlər davam etdirilir.
365 gün