Əzizim Çingiz müəllim,
Salam və ehtiram!
Sizə möhkəm cansağlığı, uzuzn ömür və yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.
Qardaşcan, xəstəyəm, buna baxmayaraq göndərdiyim kitabı acgözlüklə oxudum. Çox sağ olun, qələminiz iti, şmrünüz uzun, axtarışlarınız bol olsun.
Çingiz müəllim, kitab barədə təşəkkürümü şeirlə qələmə aldım.
Sizə və sizin ailənizə dərin hörmət və məhəbbətlə:
Sevi müəllim.
5 sentyabr 2018-ci il.
GƏRGIN ZƏHMƏTIN MƏHSULU
Salmanov Çingiz İsa oğlunu uzun illərdir ki, tanıyıram. Bu adam üçün Azərbaycanda qohum-yad məfhumu yoxdu. O, vətənini, xalqını, millətini sevdiyi kimi, bütün türk aləmini dərin məhəbbətlə sevir. “Osmanlıda doğulub Qubadlıda uyuyanlar” kitabı fikrimə bariz nümunədir.
“Osmanlıda doğulub Qubadlıda uyuyanlar” kitabı uzun illərin axtarışlarının və gərgin zəhmətin məhsuludur. Kitab eşitdikləri əsasında yox, əsasən gördükləri tarixi mənbələri mütaliə etməyi, axtarışları nəticəsində meydana gəlmişdir. Kitab məni o qədər məftun etdi ki, ağır xəstə olmağıma baxmayaraq,onu bir həfəsə, iki gün müddətinə oxudum, qurtadım və şükür etdim ki, xalqımın Çingiz müəllim kimi vətənpərvər, millətsevər oğulları var. Kitab türk aləmi üçün, yaddaşımız üçün, unutqanlığımız üçün elə bir tariximizdir ki, onu sözlə ifadə etmək qeyri mümkündür.
Üzümü Çingiz müəllimə tutub deyirəm: Qardaş, qələminiz qurumasın, xalqa, vətənə məhəbbətiniz tükənməsin, istedadınız həmişə qaynar olsun, gün olsun ki, doğma Qubadlıda görüşək.
“Osmanlıda doğulub Qubadlıda uyuyanlar” kitabı haqda onun müsbət və dəyərli məziyyətləri barədə onlarla səhifə rəy yazardım. Şair olduğuma görə hörmətli Çingiz müəllimə minnətdarlığımı şeirlə ifadə etməyi qərara aldım.
Salam Çingiz,
Dünənimdən, bu günümə,
Bu günümdən sabahıma
Canlı bir iz,
Şanlı bir iz.
Salam Çingiz,
Qaranlıqlar dünyasında
Nurlu gündüz.
Salam Çingiz,
Zəhmətinə, qeyrətinə,
Babək qəlbli cürətinə.
Rəhmətini
Dəstə-dəstə çələng elə,
Babamızın,
Atamızın
Qəbrinə düz.
Salam Çingiz,
Zəhmətiniz unudulmaz,
Keçsə yüz il.
Sizin kimi Cavanşirlər,
Koroğlular,
Ər Nəbilər vətənimdə,
Kaş ki, çoxdan çox olaydı,
Qardaş, sənin hər bir sətrin,
Düşmənimə ox olaydı.
Salam Çingiz,
Dünənimdən, bu günümə,
Bu günümdən sabahıma
Canlı bir iz,
Şanlı bir iz.
II
Qardaş, sənin zəhmətini,
Aya, ilə dəyişmərəm.
Bənövşəyə, yasəmənə,
Qızılgülə dəyişmərəm.
Qardaş, sənin istedadın,
Dərya imiş, dəniz imiş,
Aliliyin, xəlqiliyin,
Təmizdən də təmiz imiş.
Qardaş, sənin milli eşqin,
Bir dqnyada min dünyaymız.
Qəlbindəki nur işığı,
Odlu günəş, nurlu aymış.
Qardaş, sənin milli eşqin,
Tarixlərdə yaşayacaq.
Əminəm ki, Babək adın,
Gələcəkdə daşıyacaq.
Tanrı haqqı, nurlu Paşam,
Tanrı haqqı Ənvərimsən.
Bu toqpağa, bu vətənə,
Zər qiymətli zərgərimsən.
Millətimin taleyinə,
Çoxları tullayıbdı daş.
Ağ-qaranı seçdiyinçün
Yaşa qardaş, yaşa qardaş.
Dünyamızda bircə azca,
Ədalət və haqq da ola.
Sənin namus, qüyrətinin
Mində biri xalqda ola.
Azalıbdı Əliyarlar,
Narkomanlar çoxalıbdı.
Babək, Cavanşir, Nəbilər,
Elə bil ki, yox olubdur.
Kişi odur, ömrün, günün,
Millət üçün düz yaşasın.
Vidadi tək, Ələsgər tək,
Yüz il də Çingiz yaşasın.
Ay Çingizcan, daşına,
Çən dağların qaşına,
Milləti sevməyənin,
Daşlar düşsün başına.
Kitabınla əritmisən dağlardakı sal qarını,
Tanıtdırdın, qardaş mənə, məğrur türk qardaşlarımı.
Tanıtdırdın neçə-neçə bizi sevən paşaları,
Neçə-neçə Xosrov bəyi, Sultan bəyi, -qoşaları.
Nə qədər ki, bu dünyada, bu həyatda qardaş, varam,
Zəhmətini, hörmətini ömrüm boyu unutmaram.
Koroğlu tək polad əyən İsa kişinin oğlusan,
Oxşamısan öz nəslinə, onunçün xalqa bağlısan.
Yaydıqca yayılacaqdı, dünya acımış kündədir.
Qeyrət, namus, nə vardısa, qardaş, hamısı səndədir,
Tanrıdan bir diləyim var: Qubadlıya dönək qardaş,
Şah Göyyalla, Şah Xələsdən Bərgüşada enək, qardaş.
Bulud qaçsın gün olsun,
O yerlərdə ün olsun.
Tanrıdan diləyirəm,
Qardaş, həmin gün olsun.
Sevi Sevdimalıyev,
SSRİ Maarif əlaçısı, Qabaqcıl Maarıf xadimi, Respublikanın Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.