• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Onları qonaq çağırdığı üçün universiteti tənqid etdilər

gundem / sou / ust / manset

10-01-2018, 08:37

Onları qonaq çağırdığı üçün universiteti tənqid etdilər




















Bir neçə gündür ki, sosial şəbəkələrdə idmançı Kamil Zeynallı, aktyor, viner Hüseyn Əzizoğlu, rejissor Kənan MM-in Bakı Mühəndəslik Universitetində tələbələrlə görüşə dəvət olunması ciddi tənqid olunur. İstifadəçilər müzakirələr zamanı bildirib ki, sözügedən şəxslərin universitetin profilinə heç bir aidiyyatı yoxdur və daima qalmaqallarla gündəmə gələn şəxslərin gənc tələbələrlə görüşü heç də xoş deyil.

“Qafqazinfo” məsələ ilə bağlı dəqiqləşdirmələr aparıb. Universitetin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib ki, keçirilən tədbir 2016-cı ildə Qafqaz Universitetinin vaxtında olub: “Hal-hazırda Qafqaz Universiteti fəaliyyət göstərmir. Bakı Mühəndislik Universiteti istifadəçilərin qeyd etdiyi iradlara görə məsuliyyət daşımır”.

Bu məqamda universitetlərin tələbələrlə görüşə qonaq dəvət edərkən hansı kriteriyaları nəzərə alması məsələsi gündəmə gəlib.

Ulusəs “Qafqazinfo” -a istinadən xəbər verir ki, bununla bağlı Bakı Dövlət Universitetinə və Azərbaycan Texniki Universitetinə müraciət edib.

BDU-nun Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova qeyd edib ki, universitetdə keçirilən tədbirlər, əsasən auditoriyanın marağı nəzərə alınmaqla təşkil edilir: “Mövzuya və müzakirə ediləcək məsələlərə uyğun olaraq tədbirə müvafiq fakültənin professor-müəllim heyəti və tələbələri cəlb olunur. Həmçinin kənardan dəvət olunan qonaqlarda bu kriteriyalar nəzərə alınır. Məsələn, bizim universitetə dəvət edilən hansısa Nobel mükafatı laureatıdırsa və onun sahəsi kimya, fizika, yaxud molekulyar biologiyadırsa, demək, həmin sahənin mütəxəssisləri və tədqiqatçıları, magistrları, tələbələri görüşə cəlb olunacaq. Həmin tədbirə məsələn, jurnalistika fakültəsinin tələbələrini cəlb etmək olmaz. Yaxud da əksinə, jurnalistika ilə bağlı tədbirə digər tələbələri və mütəxəssisləri cəlb etmək olmaz. Ona görə də auditoriya tədbirin mövzu və xarakterinə görə təşkil olunur”.

AzTU-nun Mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirib ki, tədbirlərin təşkili və qonaqların dəvət olunması tələbələrin istəyinə uyğun olaraq həyata keçirilir: “Biz universitet olaraq çalışırıq ki, tələbələrin qarşısına onların istədiyi şəxsləri çıxaraq. Bununla belə, qonaq dəvət olunması ilə bağlı universitetin öz kriteriyaları var. Yəni, dəvət olunan qonaq cəmiyyətdə bəlli bir yer tutmalıdır. Həmin şəxsin uğurları tələbələr üçün örnək təşkil etməlidir.
Bundan əlavə, dəvət olunan qonaq ilk növbədə, öz sahəsinin ən uğurlularından olmalıdır.

Həmin şəxsin layiqli vətəndaş, maraqlı insan və optimist biri olması vacib amillərdən biridir. Çünki universitet həm də bu cür tədbirlər təşkil etməklə layiqli vətəndaş yetişdirmə missiyasını yerinə yetirir. Biz istəyirik ki, bizim məzunlar bilikli, savadlı olmaqla yanaşı, həm də, vətənpərvər, optimist, maraqlı, uğurlu insan olsunlar”.

N. Abdullayev həmçinin çağırılan qonaqlardan tələbələrin razı qalıb qalmaması məsələsinə də toxunub. O əlavə edib ki, bu cür hallar zaman-zaman bu baş verir: “ Yəni, gələn qonaq tələbələrdən 5-nin xoşuna gəlirsə, 2-nin xoşuna gəlməyə bilər. Bu məsələni tənzimləmək üçün tələbələri qonaqlarla görüşə könüllü şəkildə gətiririk. Əvvəlcədən elan edirik ki, məsələn, bu vaxtda filankəslə görüş olacaq. Kim istəyirsə gəlib iştirak edir. Belə olanda bizim işimiz də bir az asanlaşmış olur. Müşahidələrim bunu deməyə əsas verir ki, çox vaxt tələbələrin xoşuna gəlməyən qonaqların uzun və qeyri-səmimi söhbətləri olur. Onlar bəzən buna etiraz olaraq görüş yerini tərk edirlər”.

Oxunub: 543
Paylaş:
Digər xəbərlər

gundem / sosial / maraqli / ust / manset

10-01-2018, 08:34

“Lider”də Dövlət Yol Polisinə sual - “Bu pullar hara gedir?”+ Video

gundem / sosial / ust / manset

7-01-2018, 10:43

“Siz “şparqalka”dan istifadə etməmisiz?” - Rektor əsəbiləşdi

gundem / sosial / ust / manset

19-12-2017, 08:49

Hadi Rəcəblidən gözdən əlillərə müjdə: Maliyyə hesablanır

gundem / siyaset / ust / manset

11-12-2017, 08:47

Prezidentin Mətbuat Xidmətinin məlumatı

gundem / sosial / manset

8-12-2017, 08:41

Entoni Qrin: “Oksford Universiteti professor Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulan əməkdaşlığı daimi davam etdirmək qərarına gəlib”

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Dünən, 14:03
    Hikmət Hacıyev BQXK-nın Bakı ofisinin rəhbəri ilə görüşüb
  • Dünən, 12:18
    Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib
  • Dünən, 10:50
    Hikmət Hacıyev: “Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər”
  • Dünən, 10:46
    Ermənilər döyüş mövqelərini tərk edirlər
  • 21-09-2023, 18:36
    Azərbaycançılıq və islam dini dəyərləri
  • 21-09-2023, 08:52
    Bakıda meyit aşkarlanıb
  • 21-09-2023, 08:51
    Sorğu: Rusiyada miqrantlar şəriət qanunları ilə yaşamağa üstünlük verirlər
  • 21-09-2023, 08:49
    Məhəmməd bin Salman: “Əgər İran nüvə silahı əldə etsə, biz də etməliyik”
  • 21-09-2023, 08:48
    Tacikistanın xarici işlər naziri: “Qardaş Azərbaycanla möhkəm münasibətlərimiz var”
  • 21-09-2023, 08:46
    İki rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • 21-09-2023, 08:40
    Gündəlik rasionumuzda xərçəng saçan təhlükə
  • 21-09-2023, 08:38
    Qlobal borc rekord həddə çatdı
  • 21-09-2023, 08:35
    İlon Mask iranlı qadınlarla eyni mükafata namizəddir
  • 21-09-2023, 08:32
    Sinqapurda həmkarlarını koronavirusa yoluxduran şəxs həbs olundu
  • 21-09-2023, 08:29
    Pentaqon eksperti xəbərdarlıq etdi: Yadplanetli gəmi Yerə yaxınlaşır
  • 21-09-2023, 08:26
    Zambiyada dünyanın ən qədim taxta konstruksiyası aşkar edilib
  • 21-09-2023, 08:23
    Meksikada qeyri-qanuni miqrasiya səbəbindən 60 qatarın hərəkəti dayandırılıb
  • 20-09-2023, 17:28
    Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilb
  • 20-09-2023, 15:26
    Müasir Azərbaycan Respublikasının qurucusu və banisi
  • 20-09-2023, 15:17
    ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ VƏ YA AĞXALATLI MƏLƏK
  • 20-09-2023, 13:44
    Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
  • 20-09-2023, 12:25
    Əzizimiz, şirin-şəkər Loğman balanın 7 yaşı tamam olur
  • 20-09-2023, 09:11
    Prezident: “Silahın yerə qoyulduğu və tərk-silah olunduğu halda antiterror tədbirləri dayandırılacaq”
  • 20-09-2023, 09:10
    ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib
  • 20-09-2023, 08:48
    Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi
  • 20-09-2023, 08:47
    İqor Nikolayev mürəkkəb ürək əməliyyatı keçirib
  • 20-09-2023, 08:45
    Türkmənistan Prezidenti “Xəzər Ekoloji Təşəbbüsü” yaratmağı təklif edib
  • 20-09-2023, 08:43
    ABŞ-li qızın mədəsində qulaqlıq işlədi
  • 20-09-2023, 08:41
    “Mançester Yunayted”in futbolçuları arasında dava düşüb
  • 20-09-2023, 08:24
    Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanlar cərimə ediləcəklər
  • 20-09-2023, 08:21
    Britaniya kralı Fransaya dövlət səfərinə yollanır
  • 20-09-2023, 08:18
    Rusiyalı deputat: “İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil”
  • 19-09-2023, 23:10
    Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
  • 19-09-2023, 08:28
    Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib
  • 19-09-2023, 08:26
    ABŞ-nin dövlət borcu rekord həddə çatdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə