Türkiyə Böyük Millət Məclisi (TBMM) yeni sədrini seçib.
“Hürriyet”ə istinadən xəbər verir ki, məclisdə keçirilən səsvermə 3 turdan ibarət olub. 3-cü turda 336 səs toplayan Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, Təkirdağ millət vəkili Mustafa Şəntop TBMM-nin yeni sədri seçilib.
Birinci turda 522 deputat səs verib. Şəntop səslərdən 322-ni toplaya bilib. O, ikinci turda 544 millət vəkilinin səsindən 333-nü, üçüncü turda 336-nı toplayaraq qalib gəlib.
Qeyd edək ki, TBMM-yə sədrlik uğrunda 4 namizəd mübarizə aparıb(Engin Altay, Serpil Kemalbay Pekgözegü, İmam Hüseyin Filiz). Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası AKP xeyrinə sədrliyə namizəd irəli sürməyib.