Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, türk ordusu Suriyanın şimal-qərbində Manbic və Afrin bölgələrində kürdlərə qarşı bir həftə ərzində hərbi əməliyyatlara başlaya bilərlər.
Ulusəs-in Oxu.Az-ın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.
“Əgər biz verilən vədlər Manbicdə yerinə yetirilməsə, bir həftə sonra nə edəcəyimizi görəcəklər”, - Ərdoğan bəyan edib.