Xalqımızın əziz və sevimli bayramı olan baharda torpaq dirçəlir, ağaclar çiçək açır, hər şey yeniləşir. Bu təravətli bayramda insanın qəlbindən yalnız bir arzu boylanır, Qarabağ torpaqlarını azad etmək, xalqın birliyinə nail olmaqdır. Qədim Novruz bayramı bu gün xalqımızın sevimli bir bayramı kimi təmtəraqla dövlət səviyyəsində qeyd edilir. Bahar bayramının xoştəravətli gəlişi bizdə sevinc yaradır.
Hər dəfə bahar gələndə insan qanadlanıb göyün yeddinci qatına baş çəkmək istəyir. Dolaşıq gümanların düyünü mavilikdə açılır. Bahar gözəllik və sevgi fəslidir. Bu gözəl bayram ərəfəsində başda cənab Prezidentimiz İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban xanım, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə olmaqla hər bir Azərbaycan vətəndaşına can sağlığı, bahar sevincləri diləyirəm. Arzu edirəm ki, sonrakı bayramlarımız da ərazi bütövlüyümüzlə bir vaxta təsadüf etsin. Ulu Tanrı xalqımızı qorusun. Xeyir-bərəkətli Novruz bayramı ərəfəsində dünya müsəlmanlarını birləşdirən yeniləşən təqvimlə- bahar bayramı münasibətilə bütün azərbaycanlıları qoy nə dər-qəminiz varsa bu ilki çərşənbə tonqallarında yansın, yaman gözlərdən uzaq olasınız. Torpaqlarımız azad edilsin və vətənimizdən ruzi-bərəkət əskik olmasın!
Rövşən Pənahov
Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinin rəisi