Ölkə prezidenti cənab İlham Əliyevin rəhbrərliyi ilə dövlətimiz tərəfindən Qarabağ Müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən qayğının ildən- ilə artmasına baxmayaraq, hələ də, bir çox Qarabağ müharibəsi döyüşçülərinin əməyi yetərincə dəyərləndirilməmiş və onlara “Müharibə veteranı” statusu verilməmişdir.
Əhmədov Rüstəm Ağamməd oğlu 01.02.1973- cü il tarixində Lənkəran rayonu Bəliton kəndində anadan olmuşdur. Evlidir, iki övlad atasıdır. O, 01.04.1992- ci il tarixində Lənkəran Rayon Hərbi Komisarlığı tərəfindən Gəncə şəhəri 5477 saylı hərbi hissəyə həqiqi hərbi xidmətə göndərilib və xidmət etdiyi hərbi hissədə hərbi nizam- intizam olmadığı üçün məcburiyyət qarşısında qalıb, həmin hərbi hissəni tərk edib, 27.07. 1992- ci il tarixindən 704 saylı Briqadanın kəşfiyyat bölüyündə hərbi xidmətinə davam edib. Xidmət dövründə ona verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə, komandirlərin və döyüş yoldaşlarının dərin hörmət və ehtiramını qazanır. Ağdərə, Tərtər, Beyləqan, Füzuli rayonları uğrunda gedən döyüşlərdə döyüşür.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 141 saylı 24 iyun 1996- cı il tarixli əmrinə əsasən, 704 saylı Briqadanın 29 iyul 1996 -cı il tarixli 199 № li əmri ilə kiçik çavuş rütbəsində ordudan təxris olunub.
10 sentyabr 1998-ci il tarixində Azərbaycan Respublikası Vətən
Müharibəsi Veteranlar Birliyi tərəfindən ona “Müharibə veteranı” vəsiqəsi verilir. Həmin dövr üçün mövcud olan Müharibə veteranlarına aid olan bütün güzəşt və imtiyazlardan yararlanıb. Sonradan həmin vəsiqələr etibarsız sayılıb.
İndi yeni verilən“Müharibə veteranı” vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası“ tərəfindən verilir.
Rüstəm Əhmədov yenidən “Müharibə veteranı” vəsiqəsi almaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edib. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 30.09.2014-cu il tarixli ona verdiyi cavab məktubunda göstərilir.
Yuxarıdakı sənədə baxın.
Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi 03.11.2014- cü il tarixli cavab məktubunda döstərilir: Buyurun baxın.
Müdafiə Nazirliyinin cavab məktublarından görünür ki, Rüstəm Əhmədovun hərbi xidmət dövrü tam obyektiv araşdırılma aparılmadan onun müraciətlərinə tələsik və səthi cavab verilmişdir. Halbuki, Rüstəm Əhmədov “Müharibə veteranı” statusunu daşımağa layiqdir və buna haqqı çatır. Azərbaycan Respublikasının “Müharibə Veteranları statusu haqqında“ qanunun 3- cü maddəsi də buna əyani dəlildir.
Həmin qanunun 3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Ərazi Bötövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər Müharibə veteranı sayılır. “Həmin maddəyə 2001-ci ildə edilmiş əlavələrə görə, ”Veteran” statusu Azərbaycan Respublikası Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, döyüş əməliyyatlarının aparılması dövründə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etmə, fərariliyə və ya hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya Aminist aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə aid edilmir.
“Müharibə Veteranları haqqında” qanunun 3- cü maddəsi tam əsas verir ki, Rüstəm Əhmədov “Müharibə veteranı” statusunu almağa layiqdir. Çünki, o, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməmiş, fərariliyə və ya hərbi cinayətlərə görə məhkum edilməsi və ya Amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunması barədə aidiyyatı üzrə heç bir məlumat yoxdur.
Rüstəm Əhmədova verilən hərbi biletin 7- ci səhifəsində qeyd olunur ki, 29.04.1992-ci il tarixində 103 № li əmrlə ordu sıralarına qəbul olunmuş və 704 saylı Briqadanın 29.07.1996- cı il tarixli 199 № li əmri ilə kiçik çavuş rütbəsi ilə təxris olunub.
Bütün bunlarla yanaşı Rüstəm Əhmədovun xidmət etdiyi kəşfiyyat bölüyünün komandiri olmuş Yaqub Nəhmətov və onunla bir yerdə döyüşən keçmiş əsgərlər İsmayılov Nurəli, Cəfərov Valeh, Dadaşov Xəlil, İsayev Vasif, Dadaşov Məlik və digərləri də Rüstəmin onlarla bir yerdə döyüş bölgəsində olmasını təsdiq edirlər.
Vətənə layiqincə xidmət edərək torpaqlarımızın ərazi bötövlüyü uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirən Rüstəm Əhmədov kimi keçmiş döyüşçülərin “Müharibə veteranı” statusunu ala bilməmələri, onların şərəf və ləyaqətinə vurulan ağır bir zərbədir. Bu da danılmazdır ki, müharibənin nə olduğunu bilməyən və döyüş bölgəsində olmayan saxta yolla “Müharibə Veteranı” vəsiqəsi əldə edən dırnaqarası Müharibə veteranlarımız yetərincə vardır. Onlar Müharibə Veteranları tam nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan istifadə edərək özlərini utanmazcasına elə göstərirlər ki, sanki, elə bil bu şəxslər əfsanəvi döyüş qəhrəmanlarıdır. Belələrinə şərait yaradılmasına rəvac verib əsl müharibə döyüşçülərinin “Müharibə veteranı” statusundan məhrum edilməsi, onların maddi və mənəvi zərbələrə məruz qoyulması ən böyük ədalətsizlikdir.
Yəqin ki, aidiyyatı qurumlar Rüstəm Əhmədovun döyüş xidməti ilə bağlı tam obyektiv araşdırma aparıb, ədalətli qərar qəbul edərlər.
Zahid Səmədov