Xalqın təkidli tələbindən sonra hakimiyyətə gələn Heydər Əliyev cəsarətlə ölkənin siyasi, iqtisadi kursunu müəyyən edib, addımlarını atdı. Cəsarətli, vaxtında atılmış addımlar ölkəni ayağa qaldırdı. Öz iqtisadi kursunu müəyyən edən dövlət tez bir zamanda inkişaf yoluna çıxdı. Bu gün qazanılan hər bir uğur Heydər Əliyevin məhz ölkəni fəlakətdən qurtardı. Heydər Əliyev elə tarixi şəxsiyyətdir ki, o, ölkəsini, xalqını düşünüb, onun gələcəyi üçün öz ömrünü sərf edib. Tarixin yetişdirdiyi belə şəxsiyyətlər ömürləri boyu xalq üçün yaşayıb, onun milli-mənəvi dəyərlərini yüksək tutub. Bütün dünya xalqları içərisində öz xalqma önəm verib.
Həqiqətən, də Heydər Əliyev dövründə həm tanınıb, həm inkişaf edib, həm də milli-mənəvi dəyərlərini qorumaqla bərabər qədim tarixi kökə malikliyini sübut edib. Bütün bunlar məhz Heydər Əliyev dühasmın hesabına başa gəlir. Ölkədə aparılan quruculuq işləri, tam məsuliyyətlə söyləyirəm ki. məhz ümummilli liderin dövründə baş verib. Təkcə Bakmı götürsək, görərik ki, Heydər Əliyev hakimiyyəti dövründə Bakı sürətlə inkişaf edir, dünyanın ən böyük və gözəl şəhərləri sırasına çıxıb. Ölkənin digər şəhərlərində qurulan iri sənaye obyektləri bu günümüzün inkişafına hesablanıb. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı müstəqil, qüdrətli bir dövlətin bünövrəsini qoyub. Fəlakətlərdən qurtulan xalq azad bir dövlətin qurucusu və banisi Heydər Əliyevə daim minnətdarlığını bildirib. Ümumxalq məhəbbəti qazanan dahi şəxsiyyət ömrünü xalqının yolunda əsirgəməyib.
Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Avropaya inteqrasiya etdi. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarına üzv olmaqla yanaşı, yüksək kürsülərin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq hüququ qazandı. Bu illər ərzində ən mühüm və strateji əhəmiyyəti baxımmdan Azərbaycana külli miqdarda gəlir gətirəcək neft layihələri həyata keçirdi. Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər proqramı işlənib hazırlandı. Təhsilin, səhiyyənin, incəsənətin və s. sahələrin inkişafma xüsusi fıkir verildi. Ordu quruculuğu, onun təhkim, məşq keyfıyyətinin yüksəldilməsi və təminat şəraitinin tez-tez yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə yenidən qayıdışı, XX əsrin sonunda öz xilaskarlıq rnissiyasını yerinə yetirməsi nəinki ölkəmizi böhran və depressiyalar girdabına yuvarlanmaqdan xilas etdi, həm də-Azərbaycanın dünya birliyinə inteqrasiyasını həyata keçirdi. Ölkədə həyat yenidən öz məcrasına düşdü. İctimai-siyasi sabitlik Ьэфа olundu. Artıq milli inkişaf strategiyasımn prioritetlərini müəyyənləşdirmək və onu davamlı olaraq həyata keçirmək üçün zəmin yaratmışdı. Bu prioritetləri müəyyən edərkən dünyada baş verən proseslər və yaxın-uzaq perspektivdə ölkənin ahəngdar inkişafını təmin edəcək amillər külli halında götürülüb təhlil olunmalı idi. «Mən Azərbaycan Respublikasının prezidenti kimi xalqma, onun öz dövlətçiliyini, müstəqillik və azadlığını müdafıə etməyə yönəlmiş, möhkəm qətiyyətə arxalanaqraq, onun iradəsini yerinə yetirmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəyəm»-deyən Heydər Əliyev 1994-cü il oktyabr və 1995-ci il mart qiyamlarını xalqla birlikdə yatırdıqdan sonra, daxili düşmənlər əzildikdən və xarici düşmənlərin arzusu gözündə qaldıqdan sonra bütün fəaliyyətini müstəqillyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, cəmiyyətdə demokratiyanın və insan hüquqlarının bərqərar olmasına həsr etmişdir.
Getdikcə daha çox qloballaşan siyasət meydanında istədiyini həyata keçirmək istəyən peşəkarlıq hər bir siyasətçiyə nəsib olmur. Artıq zaman dəyişib, dünya da dəyişib, dünya həmin dünya deyil, elə Azərbaycanın özü də həmin əvvəlki Azərbaycan deyil. Bir vaxtlar yalnız bir arzu kimi ürəklərdən keçənlər bu gün artıq təkzibedilməz reallığa çevrilib.
Dahi şəxsiyyət Heydər Əliyevin məqsədyönlü siyasəti, səriştəli diplomatiyası sayəsində Azərbaycanın
nfüfuzu gündən-günə duiTnadan artır. Azərbaycan Respublikasına, onun iqtisadiyyatına xarici sərmayələrin axını ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, demokratik dəyərlərin qorunması, azad seçkilərin keçirilməsi, şərq aləmində ilk addım olan ölüm hökmünün ləğv edilməsi, siyasi partiyaların sərbəst fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması Azərbaycamn yaxın gələcəkdə gözəl bir diyara çevriləcəyindən xəbər verir. Ulu öndər Heydər Əliyevin dediyi kimi:«İndi hamımız dövlətimizin, dövlətçiliyimizin keşiyində sayıqlıqla dayanmalıyıq. Çünki indi hər şeyin əla, ideal olduğunu iddia etmək düzgün olmazdı». Dünyanın nehrə kimi çalxalandığı bir dövrdə, tədbirli, uzaqgörən, öz doğma xalqını hər an düşünən dövlət başçısına ehtiyacı daha çoxdur. Şükürlər olsun ki, Azərbaycanın, Azərbaycan xalqının bu sarıdan da bəxti gətirib.
Onun dünya elitasında özünəməxsus yeri olan görkəmli siyasi xadim, vətənpərvər bir şəxs olan, xalqın istəkli rəhbəri Heydər Əliyev kimi bir dövlət xadimi vardır. Xalq qarşısında hər çıxışı bir növ dünyagörmüş, müdrik və təcrübəli siyasi xadimin gələcək fəaliyyətinin manifesti, həyat proqramı sayılırdı, dahi rəhbər xalq qarşısında çıxışlarının birində demişdir: «Sizə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bu günkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm və bunların hamısını rəhbər tutaraq əlimdən nə gəlirsə edəcəyəm. Ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra onun başına hansı hadisələr gəlirsə-gəlsin öz müstəqilliyini, azadlığını itirməyəcək. Yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq. Heç bir başqa dövlətin əsarəti altına düşməyəcək».