Bu il iyunun 11-dən iyulun 31-dək ölkə ərazisində baş vermiş yol qəzalarında ümumilikdə 118 nəfər dünyasını dəyişib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə statistikanı Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən rəsmi xronika bölməsindən əldə edib.
Belə ki, bu ölüm hallarından 38-i piyadalarla bağlı statistikaya daxildir. Hadisələr nəticəsində 74 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ötən ilin eyni dövründə baş vermiş qəzalar zamanı isə 124 nəfər ölüb ki, bunlardan 36-sı piyadadır.
2018-ci il iyunun 11-dən iyulun 31-dək olan dövr ərzində qeydə alınmış qəzalar nəticəsində 386 nəfər xəsarət alıb.