Hirkan Milli Parkı, ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir ağaclar, bitki və heyvan növlərinin qorunub saxalanılması, ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Hirkan Milli Parkın yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2004- cu il 9 fevral tarixli 81 №-li sərəncamı ilə Azərbaycan Respublikasının Lənkəran və Astara rayonlarının inzibati ərazisində yaradılmışdır. Hal- hazırda ərazisi 43 358 hektardır.
Hirkan Milli Parkı xüsusi mühafizə olunan zona olsa da, lakin son vaxtlarda bəzi maddi məsul şəxslərin vəzifə səhlənkarlığı və işinə laqeyd yanaşması nəticəsində park ərazisindən nadir ağac növlərinin istilik material və oduncaq üçün doğranılması halları tez-tez baş verirdi.
Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev cənabları nazir seçiləndən sonra Hirkan Milli Parkında yeni canlanma yarandı. Hörmətli nazirin gərgin əməyi sayəsində nazirlikdə baş verən neqativ halların aradan qaldırılması, Hirkan Milli Parkının işində də öz müsbət təsirini göstərdi. Cənab nazirin Hirkan Milli Parkına göstərdiyi davamlı diqqət və qayğı nəticəsində, təbiətə laqeyd yanaşan işində səhlənkarlıq göstərən, əmək funksiyalarını layiqincə yerinə yetirə bilməyən şəxslərin tutduğu vəzifələrindən uzaqlaşdırılıb, əvəzində işində ciddi və intizamlı olan şəxslərin işə cəlb olunması qısa zamanda uğurlu nəaliyyətlərin qazanılmasına səbəb oldu.
Hirkan Milli Parkının uğurlar qazanmasında Parkın yeni direktoru Azər Mirzəyevin də müstəsna xidmətləri var. Onun peşəkar təşkilatçılığı ilə Hirkan Milli Parkında güclü idarəçilik, işçilərin fəaliyyətində ciddi nizam- intizam yaranmışdır. Demək olar ki, baş verən bütün qanun pozuntularına son qoyulmuşdur. Mövcud vəziyyətdə Hirkan Milli Parkının nizamnaməsinə, həm Parkın maddi məsul şəxsləri tərəfindən, həm də həmin ərazidə yerləşən kəndlərin sakinləri tərəfindən çox ciddi riyaət olunur.
Hirkan Milli Parkının ən son yeni və yadda qalan uğurlarından biri də, Osakücə meşəçiliyi ilə bağlıdır. Vaxtıilə ən çox qanun pozuntuları həmin ərazidə baş verirdi. Bəzi işbazlar vətəndaşların sadəlövlüyündən istifadə edib nadir ağacları həmin ərazidə işlik material halında doğratdırıb mebel sexlərinə göndərirdilər. Nəticədə təbiət qırılır, vətəndaşlar isə dolanışıq üçün cüzi miqdarda pul əldə edirdilər. Amma sürətlə varlanan və təbiətin xeyrini görən həmin işbazlar və ağac dəllaları olurdu. Onu da qeyd edək ki, Azər Mirzəyev Hirkan Milli Parkına direktor təyin olunandan sonra Osakücə meşəçiliyində baş verən qanunsuz ağac qırıntıların qarşısı alınsa da, lakin bəzi hallarda, Hirkan Milli Parkının nizamnaməsi pozulurdu.
Hazırki vəziyyətdə Osakücə meşəçiliyində qanun aililiyinə ciddi riayət olunur. Demək olar ki, bütün sakinlər Hirkan Milli Parkın nizamnaməsinə əməl edirlər. Bütün bunlarla yanaşı həmin ərazidə mühafizə gücləndirilmiş və bütün qanuna müvafiq tədbirlər görülmüşdür. Bunu da açıq etiraf etməliyik ki, vətəndaşlardan aldığımız məlumatlara əsasən Osakücə meşəçiliyi ərasində olan meşələrə diqqət və qayğı hörmətli nazirimiz Muxtar məllimin dövründə başlanmışdır. Sevindrici hal idi ki, biz Hirkan Milli Parkının ətrafında aşadırma apararkən Osakücə meşəçiliyində faunanin və floranın zənginləşməsində olan böyük bir inkişafı gördük. Təbiətdə yeni bir canlanmanın şahidi olduq. Həmin əraziləri gəzərkən heç bir qanun pozuntusuna rast gəlmədik.
Hirkan Milli Parkında əldə olunan uğurlara və xüsusi mühafizə zonalarının mühafizəsinin gözlənilməsinə göstərilən diqqət və qayğıya görə başda Ekologiya Naziri Muxtar Babayev cənablarına və nazirliyin bütün işçilərinə öz təşəkkürümüzü bildiririk.
Şamil Məmmədəlioğlu
Zahid Səmədov