Şabran rayonu Mollakamallı kəndində biçilmiş əkin sahəsində yanğın baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğın yerinə Şabran rayon DYMH-nin iki texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın tam söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Nəticədə 3 hektar biçilmiş əkin sahəsi yanıb.