Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Cavadxan küçəsində 1988-ci il təvəllüdlü İbrahimov Məhərrəm Asif oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.
2 bıçaq xəsarəti alan yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ona kürəyin və budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır dəyərləndirilir.
Faktla bağlı araşdırma aparılır.