Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Qobustan qəsəbəsində 18 yaşlı Nəcəfov Sənan Nadir oğlu tanımadığı şəxslə mübahisə edən zaman bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.