Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətimizin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas məqsədidir.
Ölkə başçısı cənab İlham Əliyevin gərgin əməyi nəticəsində bu istiqamətdə davamlı həyata keçirilən tədbirlər, aparılan sosial islahatlar, imzalanan sosial paketlər, yeni iş yerlərinin açılması sahəsində əhalinin məşğulluğunun və gəlirlərinin artması, yoxsulluq səviyyəsinin azalmasında öz müsbət nəticəsini göstərmişdir. Ölkə prezidenti tərəfindən 24 dekabr 2005-ci il tarixində imzalanan “Ünvanlı Dövlət Sosial Yardım Haqqında” Qanunu da, əsasən aztəminatlı ailələrin yoxsulluqla üzləşməsinin qarşısını alan və onların sosial durumunun gücləndirilməsi məqsədi ilə həyata keçirilən sosial yönümlü layihədir.
“Ünvanlı Dövlət Sosial Yardım Haqqında” Qanunun 4-cü maddəsində ədalətlilik, bərabərlik, ünvanlılıq prisniplərinə əsaslanaraq bildirilir ki. Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan hər bir aztəminatlı ailə bu yardımı ala bilər. Lakin bu danılmaz bir həqiqətdir ki, Dövlət Sosial Müdafıə Fondunuun (DSMF) bəzi rayon şöbələrində çalışan məmurlar öz şəxsi maraqlarına xidmət edərək vəzifə səlahiyyətlərindən sui -istifadə edib bir çox neqatif hallara yol verirlər. Nəticədə maddi durumu acınacaqlı olan aztəminatlı ailələr sosial yardım üçün müraciət edə bilmirlər.
Bunu da xüsusi qeyd etməliyik ki, DSMF-nin elə rayon şöbələri vardır ki, onlar öz şəxsi maraqları xatirinə deyil, dövlətin qanunlarını hər şeydən uca tutaraq öz xalqına layiqincə xidmət edirlər. DSMF-nin belə rayon şöbələrindən biri də Astara rayon şöbəsidir. Sevindirici haldır ki, Astara rayon şöbəsində Sosial Yardım alan aztəminatlı ailələrin məşğulluğu ilə bağlı neqativ hallar minimum səviyyədədir.
Biz DSMF-nin Astara rayon şöbəsində olarkən UDSY üçün müraciət edən aztəminatlı ailələrə şöbənin işçiləri tərəfindən çox yüksək dərəcədə diqqət və qayğı göstərməsinin şahidi olduq. Diqqəti cəlb edən əsas hal o idi ki, Sosial Yardım üçün müraciət hər bir aztəminatlı ailəyə müraciətin bütün qaydaları ta incəliklərinə qədər izah olunur və dönə-dönə tapşırılırdı ki. Sosial Yardım ilə bağlı heç bir kənar şəxslə əlaqəyə gitrməsinlər. Onu da bildirirdilər ki, möcvud qanunvericilik tələblərinə uyğun olan hər bir aztəminatlı ailə bu yardımı ala bilər.
Artıq biz bu şöbədə Sosial Yardımla bağlı şəffaflığın tam təmin olunmasının və şəxsi maraq xatirinə vətəndaş-məmur ünsiyyətinin olmamasının şahidi olduq.
Məşğulluqla bağlı neqativ halların minimum həddində olması ilə əlaqədar olaraq DSMF-nin Astara rayon şöbəsinin Sosial Yardım bölməsində Elçin müəllim bizə bildirdi ki, UDSY üçün müraciət edən hər bir vətəndaşa izah olunur ki, həmin ailə məşğulluqla bağlı işbazların tələlərinə düşməsinlər. Çünki həmin şəxslər aztəminatlı ailələrlə sövdələşdikdən sonra onların məşğulluqlarını təmin edib həmin ailələrə sosial təyin olunandan sonra dərhal onların məşğulluqlarını dayandırırlar. Müəyyyən müddət keçdikdən sonra nazirlik tərəfindən yoxlamalar aparılarkən UDSY haqqında qanunun 10.1- ci və 10.2 - ci maddəsinə əsasən, həmin ailələrə imtina verilir və 1 il müddətinə müraciətetmə hüquqları dayandırılır. Bununla bağlı biz vətəndaşları mütəmadi olaraq məlumatlandırdığımız üçün hazırki vəziyyətdə məşğulluqla bağlı neqativ hallar Astara rayon şöbəsində minimum həddinə çatıb.
Beləliklə, DSMF-nin Astara rayon şöbəsində çalışan məmurların vəzifə borclarını layiqincə yerinə yetirdiyini gördükdə çox sevindik. Hörmətli Prezidentimizin məmurlar haqqında dedikləri fikirlər gözümüzün önündə canlandı. “Məmurlar təvazökar olmalı, hər bir məmur xalqın xidmətində durmalıdır”. Apardığımız araşdırmalardan belə nəticəyə gəlmək olur ki, hazırki vəziyyətdə DSMF-nin Astara rayon şöbəsində çalışanlar cənab Prezidentin dediklərinə yerindəcə əməl edib və vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirirlər. Biz də bir media nümayəndəsi olaraq hər bir məmurun xalqına, dövlətinə və dövlətin qanunlarına önəm və dəyər verdiyini görəndə çox sevinirik. Arzu edirik ki, DSMF-nin digər rayon şöbələri də Astara rayon şöbəsi kimi xalqın xidmətində dursunlar.
Biz də öz növbəmizdə “Ulusəs” xəbər portalının kollektivi DSMF-nin Astara rayon şöbəsinə öz təşəkkürümüzü bildiririk.
Zahid Səmədov