Doğma şəhərimiz olan Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.
Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib: “Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilib.”
Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Sumqayıtda Avropa standartlarına uyğun müasir bulvar yaradılıb, mikrorayonlarda məhəllədaxili yollar, küçə və prospektlərdə yollar əsaslı təmir edilib, yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunub: “Şəhərin müxtəlif ərazilərindəki parklar daha da abadlaşdırılıb. Heydər Əliyev Mərkəzi, Dəmiryol Vağzalının binası, Poeziya Evi, Bayraq muzeyi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, və s. yeni sosial-mədəni obyektlər şəhərin memarlıq görkəminə dəstək olub. Sumqayıt Dövlət Dram Teatrının binası və Kimyaçı Mədəniyyət Sarayı əsaslı, yüksək dizaynla, milli memarlıq üslubunda təmir olunub. Bu işlər bu gün də davam etdirilir.”
Sumqayıt şəhərinin gözəlləşib və abad olunmasında möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının böyük əməyi nəticəsində öz bəhrəsini vermişdir.
Rasim Quliyev
Sumqayıt şəhər musiqi kollecinin direktoru, respublika mədəniyyət işçisi, Milli Konservatoriyanın dossenti