Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Təxminən 2 aya yaxın qış fasiləsindən sonra çempionatın son 14 turu oynanılacaq.
Klubların keçdiyi təlim-məşq toplanışının ardından ilk turda maraqlı qarşılaşma baş tutacaq.
Belə ki, çempionluğa iddialı iki komanda “Qarabağ” və “Qəbələ” üz-üzə gələcək.
Azərbaycan çempionatının qalibinin adına böyük ölçüdə aydınlıq gətirən matçdan öncə hər iki komandanın baş məşqçiləri - Qurban Qurbanov və Roman Qriqorçuk, eyni zamanda “Qəbələ”nin futbolçuları azarkeşləri stadiona dəvət ediblər. Ağdam təmsilçisinin baş məşqçisi oyunçularının adından “Qarabağ” azarkeşləri üçün darıxdığını və onları meydançada görmək istədiyini bildirib.