Bu gün hər bir Azərbaycanlınının taleyində Cənab Prezident İlham Əliyevin əvəzsiz xidmətləri var. Prezidentimiz dövlətimizin çiçəklənməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanması, iqtisadiyyatın inkişafı və dünya iqtisadiyyatına inteqrasiya olunması sahəsində xeyli iş görüb. İnanırıq ki, Heydər Əliyevin Azərbaycanın gələcəyi yolunda başladığı estafedi İlham Əliyev uğurla başa çatdıracaq. Hörmətli prezident, artıq bu gün xalqımız Sizi əbədi liderimiz Heydər Əliyev siyasi kursunun çox məharətli davamçısı, beynəlxalq arenada öz nüfuzu olan xalqımızı layiqincə təmsil etməyə qadir olan güclü, siyasi xadim kimi tanıyır.
Görkəmli ictimai-siyasi və böyük dövlət xadimi, Ümumilli Liderimiz Heydər Əliyev əbəs yerə deməmişdir: «Azərbaycan dünyada günəş kimi doğacaq». Bəli, ümumilli liderimiz Heydər Əliyev yaşadığı dövrdə öz xalqına ləyaqətlə, vicdanla, şərəflə xidmət etmiş, dövlətçiliyimizin möhkəm təməlini qoymuşdur. İndi Onun yolu, siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu günkü inkişaf sürətilə Azərbaycan yaxın gələcəkdə daha böyük nailiyyətlər əldə edəcək.
Hörmətli Prezidentimizi ad günü və 31 Dekabr-Dünya Azərbaycanlılarmm Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə çətin və məsuliyyətli işində uğurlar, yeni-yeni nailiyyətlər, həyatda can sağlığı arzulayırıq.
"ulusestv.az" xəbər portalının redaksiya heyəti