Ramiz Yaqub oğlu Rzayev yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Ulusəs “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir.
Qeyd edək ki, R. Rzayev 19 aprel 2005-ci ildən Ali Məhkəmənin sədri vəzifəsini daşıyır.