Hər bir xalqın, millətin varlığını təsdiq edən amillərdən biri Ana dilidir. Onun milli sərvəti , varlığını təsdiqi , kimliyidir . Azərbaycanın doğma dili də Ana dilidir. Ana dili bir şəxsin doğulduğu vaxtdan etibarən öyrəndiyi dildir. Hər bir şəxs öz ana dilinin tarixini yaxşı bilməli və onu qorumağı bacarmalıdır. Dil insanın təhsil almasında insanlarla ünsiyyət qurmasında, dünya görüşünün genişlənməsində mühim rol oynayır.
1995-ci ildə ilk milli konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi qəbul edildi.Ulu öndərimiz Heydər Əliyev 2001-ci ilin iyul ayında Dövlət dilinin tətbiqi işinin təkminləşdirilməsi haqqında fərman imzaladı.
21 Fevral Ana dili günü kimi qeyd olunur. Azərbaycan Respublikası Peüzidenti cənab İlham Əliyev “Azərbycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Tarixin ağır sınaqlarından gəlib çıxan ana dilimiz artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəlmişdir.
Yunusova Reyhan xanımın rəhbərlik etdiyi Sumqayıt Şəhər 23 saylı tam orta məktəbin 4 c sinif şagirdlərinin iştirakı ilə “Ana dilimiz kimliyimizdir” adlı tədbir keçirildi. Tədbirin iştirakçılarından direktor müavinləri Cahangirzadə Səbinə, Şahbazlı Lamiyə dilimizin keçdiyi inkişaf mərhələləri, dilimizin qorunması haqqında şagirdlrimizə məlumatlar verdilər. Sonra şagirdlər dil haqqında, dilimizin dövlətlər içərisindəki ən mühüm yeri haqqında danışdılar. Tədbir şagirdlərimizin Ana dilimiz haqqında dediyi şeirlərlə başa çatdı.
Lalə Fərhadqızı