Ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyi nəticəsində Dövlətimizin iqtisadi resursları artıqca, vətəndaşların maddi durumunun yaxşılaşması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə davamlı olaraq qərarlar verilir və qanunlar imzalanır.
Ölkə başçısının 2019-cü ilin yanvarından etibarən imzaladığı Sosial paketlər vətəndaşların maddi durumunda böyük dönüş yaradıb. Şəhid ailələrinə birdəfəlik yardımın verilməsi, minumum əmək haqqının 250 manata qaldırılması, Dollarla götürülən problemli kriditlərin həlli ölkə vətəndaşlarının bir çox Sosial problemlərlə üzləşməsinin qarşısını alıb və Sosial rifahına öz müsbət təsirini göstərib. İmzaladığı Sosial paketlər göstərir ki, cənab Prezident daima xalqa təmasdadır, vətəndaşların üzləşdiyi problemlərdən xəbərdardır və həmin problemi qısa zamanda həll etməyi bacarır.
Dövlət başçısı tərəfindən imzalanan Sosial paketlərdə Ünvanlı Dövlət Sosial Yardımı alan az təminatlı ailələrə də xüsusi diqqət yetirilmişdir. Həmin ailələr üçün hər bir nəfərə görə ehtiyac meyarı 143 manatdan 160 manata qaldırılmışdır. Bu da Sosial Yardım alan hər bir aztəminatlı ailənin maddi durumuna öz müsbət gücləndirilməsinə dəlalət edir.
“Ünvanlı Dövlət Sosial Yardım haqqında” Qanun dövlət başçımız İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmışdır. Bu qanunda əsas məqsəd aztəminatlı ailələrin Sosial müdafiəsinin gücləndirilməsindən ibarətdir. Həmin qanunda bildirilir ki, ünvanlı, ədalətlik, bərabərlik və prinsiplər əsasında Azərbaycan Respublikasında yaşayan hər bir aztəminatlı ailə Sosial Yardım ala bilər. Amma hazırki vəziyyətdə maddi durumu acınacaqlı olan bir çox aztəminatlı ailələr əngəlliklərlə üzləşərək Sosial Yardım ala bilmirlər. Bununla yanaşı 2020-ci ilin fevralından aztəminatlı ailələrin məşğulluğu ilə bağlı yaranan bir çox uyğunsuzluğlara görə həmin ailələrə Sosial Yardımın verilməsi dayandırlımışdır.
Lənkəran rayonu Gəgiran kəndinin sakini, 04 fevral 1976-cı il təfəllüdlü Bəyverdiyev Səlim Sədi oğlunun ailəsi 6 nəfərdən ibarətdir, az təminatlıdır. Sosial Yardım almaq üçün mövcud qaydalara əsasən torpaq mülkiyyətçisi kimi Dövlət Reyestri Xidmətində adına aldığı Çıxarış Lənkəran rayonun 6 saylı Vergilər İdarəsinə təqdim edərək torpaq mülkiyyətçisi kimi qeydiyyatdan keçib, adına 2602069572 nömrəli VÖEN alıb. Vergilər idarəsi Torpaq mülkiyyəti barədə məlumatları Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta sektorundan Səlim Bəyverdiyevin məşğulluğun təmin olunması üçün ona SUN ( Sığorta uçotu nömrəsi) verilib.
Səlim Bəyverdiyevin ailəsi Sosial Yardım almaq üçün 1972180018589 saylı elektron ərizə ilə müraciət edir. Müraciətinə 25.11.2019-cu il tarixində imtina bildirişi gəlib. Həmin bildirişdə imtinaya səbəb onun paybəlli torpaq mülkiyyəti barədə uyğunsuzluq olması göstərilib.
O sözügedən məsələ ilə bağlı DSMF-nin Lənkəran Rayon Şöbəsinə müraciət edib. Ona bildiriblər ki, Vergilər orqanı tərəfindən onun torpaq mülkiyyəti barədə məlumatların ƏSMN-nin bazasına düzgün ötürülməməsi səbəbindən bu problemlə üzləşib.
Lənkəran rayonu 6 saylı Vergilər İdarəsindən bildiriblər ki, Səlim Bəyverdiyevin torpaq mülkiyyət barədə bütün məlumatlar düzgün qeyd edilib. Mövcud qanunvericilik uyğun ƏSMN-nin bazasına göndərilmişdir. Onun torpaq mülkiyyətində məşğulluğun təmin olunması ilə bağlı üzləşdiyi problemin Vergilər orqanına heç bir aidiyyatı yoxdur.
Lənkəran rayonunun sakini Əliyev Səməd Fərman oğlu 11.01.2020-ci il tarixli 197218002405802 nömrəıli müraciətinə təyin olunmasından imtina səbəbində torpaq mülkiyyəti barədə məlumatlarda uyğunsuzluq olması göstərilir.
Hazırki vəziyyətdə Paybəlli torpaq sahəsi olan aztəminatlı ailələr Səlim Bəyverdiyev və Fərman Əliyev kimi eyni problemlə üzləşiblər. Bundan əlavə rayon sakinləri bildirirlər ki, onlar məşğuluqların təmin olunması üçün 2019-cu ilin dekabrın ilk on günlərində qeydiyyatdan keçsələr də, lakin DSMF-nin Sosial Sığorta Uçot Sektoru tərəfindən məşğulluqları təmin olunmamışdır.
Lənkəran rayonu, Osaküçə kəndinin sakini Baxşıyev Kinəvəs İmaməli qızı paybəlli torpaq sahəsində məşğulluğun təmin olunması üçün 2019-ci ilin dekabrın 13-də vergilər orqanına müraciət etmişdir. Vergilər orqanı onun pay torpağı ilə bağlı bütün məlumatları ƏSMM-nin sığorta uçot şöbəsinə göndərsə də, lakin indiyəcən onun məşğulluğu təmin olunmamışdır. Halbuki, mövcud qanunvericilikdə vətəndaşların Ərizə və müraciətlərinə baxılması 15 iş günündən 30 iş günü müddətinə nəzərdə tutulmuşdur.
Hazırki vəziyyətdə aztəminatlı ailələr Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Vergilər orqanı arasında gedən ötür – ötür oyununun nə vaxt çatdığını gözləmək məcburiyyətində qalıblar.
Əhalinin Sosial Müdafiyəsi Nazirliyindən Sosial Yardımın verilməsi ilə bağlı neqativ halların aradan qaldırılması ilə ciddi tərdbirlər görülsə də, amma Sosial Yardımın təyin olunması ilə bağlı qaydalarda olan boşluqlar vətəndaşların Sosial Yardım almasına imkan vermir.
Araşdırmalar göstərir ki, aztəminatlı ailələr Ünvanlı Sosial Yardım haqqında qanundan az məlumatlı olması və həmin ailələrin zamanında məşqulluqların təmin olunmaması ilə bağlı yaranan əngəlliklər həmin ailələrin işbazların qurbanına çevrilməsinə şərait yaradır. Əsasən məşğulluğu ilə bağlı problemlə üzləşən ailələr aztəminatlı ailələrdir. Son dövürlərdə ən çox ziyan çəkən az təminatlı ailələr Paybəlli torpaq sahəsi olan ailələrdir. Həmin ailələr məcburiyyət qarşısında qalıb məşğulluqlarının təmin olunması üçün bir sıra işbazlara müraciət ediblər.
İşbazlar tərəfindən süni olaraq vətəndaşların məşğulluğu təmin olunmuşdur. Həmin ailələr Sosial Yardım təyin olunandan sonra, onların məşğulluqları işə götürən tərəfindən dayandırılmış və yerinə digər vətəndaşın məşğuluğu təmin olunmuşdur. Sosial Yardım alan az təminatlı ailələrin isə bu qurma oyundan xəbərləri olmamışdır. Nazirlik tərəfindən yoxlama aparılarkən bu hallar üzə çıxmışdır. Nəticədə həmin ailələr ÜDSY haqqında qanun 10-cu maddəsinin 2-ci bəndinə əsasən 1-ilik müdətinə ünvanlı Sosial Yardım almaqdan məhrum olunmuşlar. Həmin vətəndaşlar 2020-ci ilin Fevral ayında vətəndaşlara Sosial Yardım verilərkən bu barədə xəbərləri olmuşdur.
Bunlarla yanaşı bir çox ailələrin məşğulluqları ilə bağlı məlumatlar tam obyektiv araşdırmadan həmin ailələrin Sosial yardım almasına ÜDSY haqqında qanun 10-cu maddəsinin 2-ci bəndinə əsasən 1 illik məhdudiyyət qoyulmuşdur. Belə ailələrdən biri də Lənkəran rayonu Liman şəhərinin sakini Hüseynov İlqar Aydın oğludur. Ona gələn imtina bildirişdə imtinaya səbəb şəxsi avtomobilinin olması və ailə tərkibində dəyişiklik olması göstərilir. Halbuki onun ailəsində bu hallardan heç biri baş verməyib. İlqar Hüseynov II qrup əlildir. 5 və 12 yaşında iki övladı vardır. O sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlara mürcaiət etsə də, lakin qanunmüvafiq heç bir tədbir görülməmişdir.
Hazirki vəziyyətdə həmin ailələrin maddi durumları çox acınacaqlıdır. Bu Novruz bayramında həmin aztəminatlı ailələr ocaq üstə yanan boş qazan ətrafında yığışmalı olacaqlar.
Ümid edirik ki, aidiyyatı qurumlar aztəminatlı ailələrin mövcud maddi durumunu nəzərə alıb, onların məşğulluqların təmin olunması ilə bağlı qaydalarda olan boşluqların aradan qaldırılması istiqamətində müvafiq tədbir görəcəklər.
Zahid Səmədov