Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hhadisə Bakı-Qazax magistral yolunun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində olub.
Hərəkətdə olan "Niva" ilə ağır tonnajlı "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində "Niva"nın sürücüsü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb.
Qeyd edək ki, ölən E.Vəliyev rayonun Dəllər qəsəbə tam orta məktəbinin direktorudur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.