Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir.
Nikolay Qoqol
Bir qələm və bir kağız götürdüm.Böyük hərflərlə,”MÜƏLLİM” sözünü yazdım.Niyə məhz müəllim? Yadıma ilk dəfə məktəbə,l sinfə getdiyim gün düşdü.O gün bizə qələm tutmağı öyrədən,”ANA”,”ATA” kimi müqəddəs sözləri yazmağı öyrədən biri var idi.Sonralar onu da müqəddəs bildiklərimizin sırasında yazmağa başladıq.O, mənim ilk müəllimim idi.Müəllimim mənə görə dünyanın ən varlı insanıdır.Çünki,saysız-hesabsız şagirdləri ona borcludur.Və o borcu ömrümüzün sonunadək ödəyə bilmərik.Müəllim peşəsi haqqında müdriklərimizin çox gözəl kəlamlarına hər bir kitabda rast gəlmək olur.Bu gün də müəllim adını şərəflə qoruyan,müəllim adını həmişə uca tutan müəllimlərimiz var.Bu müəllimlərdən biri haqqında sizlərə söz açmaq istəyirəm.Hansı ki,70 illik ömrünün 50 ilini gənc nəslin maariflənməsinə,onların təhsilli və savadlı olması üçün əlindən gələnləri ən yüksək səviyyədə ortaya qoyan və bunu bacaran bir ağsaqqal müəllim haqqında yazmaq istəyirəm.Bu gün onun 70 yaşı tamam olur.Əziz oxucular,gəlin bu müəllim haqqındakı fikirləri,onun dostları,iş yoldaşları,şagirdləri və onu tanıyanların qələmə aldıqları sözlərini sizlərlə birlikdə oxuyaq.
Dilarə Hüseynova-Masallı Dövlət Regional Kollecində direktor müavini
-Elə insanlar varki,onları bir şəxsiyyət kimi vəsf etməyə sözlər,cümlələr aciz qalır.Soltanağa müəllim də belə qisim insanlardandır.
Müdrikliyi simasına həkk olub sanki.Hər kəlməsi gənc nəsil üçün bir məktəb,hər sözü cavanlara bir örnəkdir.
Ətrafında olanlara ancaq doğru məsləhət verib,doğru yol göstərmək,nə olursa olsun üzündəki təbəssümü heç kimdən əsirgəməyən gözəl qəlbli insan,nə yaxşı ki, sizin kimi pedaqoqdan dərs almışam,nə yaxşı ki sizinlə bir kollektivdə çiyin-çiyinə işləmişəm və nə yaxşı ki SİZİ TANIMIŞAM..Sizə dərin hörmət və ehtiramı olan Dilarə Hüseynova.
Sərdar Allahyarov - Ali dərəcəli fizika müəllimi, beynəlxalq lahiyələr iştirakçısı.
Soltanaga müəllim mənim üçün qüsursuz dost , dəyərli ziyalı, gözəl ailə başçısı, duygulu qələm sahibi olmaqla yanaşı sevdiyim çox səmımi insandır.Onu tam anlamaq üçün ən azı onun intellekt səviyyəsinə yaxın olmaq lazımdır...Ədalət və sədaqət onun həyat idealıdır!
Əkbər Mahmudov-Masallı RTŞ-də metodist
Ağsaqqal, müdrik ziyalılarımızdan söhbət açılanda, ilk yada düşənlərdən biri Soltanağa müəllim olur. Bu , heç də təsadüfi deyil. Soltanağa müəllim gənc yaşlarından bu günə qədər uzun illər boyunca Masallı təhsilinin inkişafi üçün gərgin əmək sərf etmiş ziyalıdır. Təhsil sahəsində müxtəlif vəzifələrdə çalışan ağsaqqal müəllim eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Masallı rayonu üzrə kuratoru olmuş, yüzlərlə şagirdə ali və orta ixtisas təhsili almasında düzgün istiqamət vermiş, onlara yol göstərmisdir. Bu gün Masallıda elə bir kənd yoxdur ki, orada Soltanağa müəllimi tanımasınlar, ehtiram göstərməsinlər. Xaraktercə təmkinli və müdrik insan olan Soltanağa müəllim bu hörmət ve ehtirami çoxilik zəhməti və zəngin həyat təcrübəsi hesabına qazanmışdır. Bu gün də Soltanağa müəllim gənclərə yol göstərir, onların təlim-tərbiyəsində öz zəhmətini əsirgəmir. El ağsaqqalı, dəyərli ziyalı Soltanağa müəllim bu gün yaşının müdriklik cağındadır. İxtisasını və məktəbşünaslığın incəliklərini dərindən bilən Soltanağa müəllim eyni zamanda güclü qələm sahibidir. İbrətamiz məqalə və hekayələri tez-tez ölkə mətbuatında dərc olunur, oxucular tərəfindən maraqla qarşılanır. Müəllim ömrünü şərəflə yaşayan, bu adı daim uca tutan dəyərli pedaqoq Soltanağa müəllimin həyat yolu özü gənc nəslə bir nümunədir. Vəfalı dost, həqiqi təhsil fədaisi, ağ saclı ağsaqqal ziyalı Soltanağa muəllimi yaşının müdriklik çağında hamıya sevdirən onun bilik və bacarığı ilə yanaşı həm də səmimiyyətidir. Əziz dostumuzu 70 illik yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Əliyev Əhliman –Masallı rayonu Sığıncaq kənd tam orta məktəbinin direktoru
Müəllim, sönməsin eşqin həvəsin.
İnsanı yaşadan yalnız hünərdir.
Ömrünü xəlqinə həsr etmiş kəsin,
Ömrü də xəlqinin ömrü qədərdir!
Haqqında söz açdığım Soltanağa Cəfərov qocalığa yox ucalığa doğru gedən şəxsiyyətdir.Biz şagirdlərinə öyrətdikləri.Məsuliyyətli olmaq,müəllim adını şərəflə daşımaq sadə və təvözəkar olmaq.Sizi ad gününüz münasibətilə təbrik edir can sağlığı arzu edirəm.
Rasim Əzimov-Masallı rayonu Dəmirçi kənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini
Soltanağa müəllim haqqnda mənim üçün danışmaq böyük şərəfdir. Hər zaman məktəbdə onu yada salır, təkrarolunmaz gözəl xasiyyətlərindən danışırıq. Yəni, belə xasiyyət, insanlarla çox mehriban ünsiyyət hər kəsdə ola bilməz. Soltanağa müəllim həm də yüksək səviyyədə olan bir pedaqoqdur. Bir sözlə, onun haqqında saatlarla xoş fikirlər söyləyə bilərəm..
Şakir Kərimov-Masallı rayonu Sığıncaq kənd tam orta məktəbinin riyaziyyat müəlllimi
İlk öncə uca Allahdan ona uzun ömür və can sağlığı arzulayıram. Onun haqqında söz demək hər birimizin borcudur. Çünki bu həyatda hər şeyi ondan öyrənmişik.1970-71-ci tədris ilində mənə 8-ci sinifdə coğrafiya fənnini o sevdirib.Sonradan mən də müəllim olandan sonra onu qayğıkeşliyi ilə müəllim kimi formalaşa bildim. Sonradan onunla birlikdə işlədim. O direktor mən isə direktor müavini. Məktəşünaslıq işini onun sayəsində öyrəndim. Belə bir insan haqqında çox yazmaq olar. Çünki Soltanağa müəllim gözəl müəllim,gözəl ata,gözəl baba.gözəl insandır. Uca Allah onu Sizlərə və Bizlərə çox görməsin. Belə insanlar nadir hallarda dünyaya gəlir. Öpürəm və bağrıma basıram. Təbrik edirəm!!!
Qoşqar Hətəmov-Masallı RTŞ-nin böyük məsləhətçisi.
Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz!(Sokrat)
"Müəllim yalnız dərs deyən,sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs,adi tərbiyəçi deyil.O,zaman və gənclik arasında körpü yaradan,öz şəxsiyyəti ilə nümunə göstərən,sabahın qurucularını hazırlayan,millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır." Bu fikirlər Azərbaycanın böyük simalarından biri olan Xudu Məmmədova məxsusdur.Əlbəttə,xalqımızın həmişə müəllimə və müəllim əməyinə yüksək qiymət verməsi müəllimliyin mahiyyətindən irəli gəlir.
Hazırda müasir dünyamızda çoxsaylı peşələr mövcuddur. Zaman-zaman elm və texnologiyalar inkişaf etdikcə yeni-yeni peşə sahələri yaranır.Lakin bütün peşələrin fövqündə dayanan bir peşə də vardır.Bu,müəllimlikdir!Digər peşə sahibləri-mühəndis də,həkim də,hüquqşünas və s. də bilikləri müəllimdən öyrənirlər.Eyni zamanda müəllim elm,bilik və bacarıqları insanlara öyrətməklə yanaşı,onlarda milli-mənəvi və bəşəri dəyərlərə hörmət,vətənpərvərlik hissi və dünyagörüşü formalaşdırır.Məhz,bu baxımdan müəllim əməyinin alternativi yoxdur və həyatda tutduğu mövqeyindən asılı olmayaraq hər kəs müəllim qarşısında baş əyir,ona daim böyük ehtiram göstərir.
Haqqında qeyd edəcəyim belə müəllimlərdən biri də bu yaxınlarda 70 yaşı tamam olacaq gözəl insan,əsl müəllim,ağsaqqal və ziyalı Soltanağa Cəfərovdur.Soltanağa müəllim xalqımızın milli-mənəvi,əxlaqi dəyərlərinə yaxından bələd olan,məzmunlu,çoxşaxəli həyat yolu keçmiş və ömrünü şərəflə yaşamış ziyalılarımızdandır.O,təcrübəli pedaqoq kimi də rayon ictimaiyyətinin böyük etimadını qazanmışdır.Pedaqoji işi və təhsilin idarəçiliyini yüksək səviyyədə bildiyi üçün istər məktəb rəhbəri kimi,istərsə də Masallı Rayon Təhsil Şöbəsində işlədiyi dövrdə böyük uğurlara imza atmış, Təhsil Nazirliyi,Tələbə Qəbulu üzrə Dövlət Komissiyası( DİM),Rayon İcra Hakimiyyəti və digər mötəbər təşkilatlar tərəfindən əməyi qiymətləndirilərək fəxri fərman və digər mükafatlara layiq görülmüşdür.Onun təşkilatçılığı,elmi-pedaqoji və metodiki bilik və bacarıqları sayəsində çoxlu sayda insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur.
Eləcə də o,pedaqoji fəaliyyəti ilə yanaşı yaradıcılıq işləri ilə də məşğul olmaqla,bir neçə bədii və metodik vəsaitə müəlliflik etmişdir.Onun müxtəlif vaxtlarda qəzet və sosial şəbəkələrdə işıq üzü görən tərbiyəvi əhəmiyyətli oçerk və hekayələri insanlar tərəfindən sevilərək oxunur.
Soltanağa müəllim layiqli şəxsiyyət olmaqla yanaşı həm də gözəl ailə başçısıdır.Məhz bu amil ictimaiyyət arasında onun nüfuzunu daha da artırmışdır.O, həmişə övladlarının təlim-tərbiyəsi ilə yaxından maraqlanmış və maddi vəziyyətinin ən çətin vaxtlarında belə, onların ali təhsil almalarına nail olmuşdur.Bu gün onun övladları icra və təhsil sferalarında çalışmaqla rayonumuzun inkişafına öz tövhələrini verirlər.
Fürsətdən istifadə edərək Soltanağa müəllimi 70 illik yubileyi ilə əlaqədar təbrik edir,ona möhkəm can sağlığı,uzun ömür,ailəsinə xoşbəxtlik,yaradıcılığında isə yeni-yeni uğurlar arzulayıram!
Həsənov Ramil-Sığıncaq kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini
Bəzən insanlar sənəti ile tanınır.Biri prokuror kimi,biri həkim ,biri mühəndis,digəri müəllim kimi.Amma Soltanağa müəllim sadə insan,qayğıkeş valideyn,əsl ziyalı kimi qəlblərdə özünə məskən salmışdır.Bax budur,mənim üçün əsl şəxsiyyət.Belə şəxs bizlərə örnək ola biləcək sözün əsl mənasında bir varlıqdır.Mövludun mubarək müəllim adını ucaldan gözəl insan...
Hörmət Məmmədli-Masallı rayonu Binə Xocavar kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini
Əziz və sevimli Soltanağa müəllim.Siz bizim üçün həyatda yeni dünya açdınız.Coğrafiyanı,müəllimlik sənətinin,ən əsası həyatı,insanları sevməyi sizdən öyrəndik.Həyatımızı mənəvi mənada işiqlandırdınız.Siz həmişə sevinin ki,sizin layiqli davamçılarınız var.Əziz Soltanağa müəllim,sizə xoş günlər,sevincli və parlaq həyat arzulayıram.Həmişə cavan qalın ən əsası ruhunuz yaşlanmasın.70 yaşınız mübarək.Var olun.
Aytən Şükürova-Masall rayonu Dəmirçi kənd orta məktəbinin direktoru
Soltanağa müəllimi təbrik edirəm, 100 yaşasın,hər zaman gənc nəsilə dəstək olub, onun dəyərli məsləhətlərinə indidə bir pedaqoq kimi əməl edirəm. Allah uzun və sağlam ömür versin.
Hacı Qasım Məmmədov-kənd ağsaqqalı
Əziz Soltanağa müəllim xalqımızın sevimlisi gözəl insan ağsaqqal mövlud gününüz münasibəti sizi təbrik edirəm.Allahdan sizə can sağlığı mənalı ömür xöş günlər sağlam həyat və yardıcılığında uğurlar arzulayıram.Bundan sonra Allahın sizə verəcəyi ömrü şərəflə şükr etməklə yaşa hörmətli ziyalımız.
Elman Zəkəriyəyev-Baki şəhəri,riyaziyyat müəllimi
Masallı rayonumuzun pedaqoji aləmində öz sözünü demiş,özünəməxsus xarakteri ilə sayılıb seçilən ziyallarımızdan biri də Soltanağa müəllimdir.Mənim,Soltanağa müəllimlə ilk tanışlığım,90-cı illərə təsadüf edir.1992-ci ildə hələ mən,Köhnə Alvadı kənd orta məktbində pedaqoji fəaliyyətə başlayandan,onu tanımağa başlamışam.RTŞ-nin nümayəndəsi kimi,məktəbimizə gələndə-ilk görüşümdə oun əsl müəllimə xas olan çox gözəl ə səliqəli geyim forması diqqətimi cəlb etdi.Hər gəlişində də,sözü olan müəllimləri diqqətlə dinləməyi,onlara pedaqoji sahədə verdiyi məsləhətləri ilə seçilirdi.
Bir müddət sonra mən onun səliqəli xarici görünüşü ilə yanaşı gözəl daxili aləmə mənəviyyata malik olduğunun şahidi oldum.Onun Masallı RTŞ-də fəaliyyət göstərdiyi dövrdə,mənə də onunla bir neçə il birlikdə işləmək qismət olmuşdu.
Soltanağa müəllimin pedaqoji təcrübəsi,cəmiyyətdə bir şəxsiyyət kimi özünü təsdiq etməsi,biz müəllimlər üçün bir örnəkdir.Müəllimlərimizin,xüsusilə,gəc müəllimlərin belə pedaqoqlara daima ehtiyacı var.
Soltanağa müəllim gözəl ailə başçısıdır.Oun övladları-Famil müəllim və Fərəc müəllimdə Soltanağa müəllimin dəsti-xəttinə sadiqlikləri ilə cəmiyyətdə özləriin təsdiq etmiş ziyalılarımızdandır.
Mən,Soltanağa müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir,uzun ömür,can sağlığı və bundan sonrakı pedaqoji fəaliyyətində uğurlar arzulayıram.
Cəlal Məmmədov- Rusiyada yaşayan şagirdi.
Biz də təbriklərə qoşuluruq,təbrik edir,uzun ömür,can sağlığı arzulayırıq!!! Gözəl müəllimdə olmaq olar,gözəl həkimdəsavadlı mühəndisdə,amma,gözəl insan olmaq,qəlblərə yol tapmaq, hər adama nəsib olmur.Mən,həm şagirdi olaraq,həmdə kolleqası olaraqSoltanağa müəllimigözəl insanı ürəkdən təbrik edir.Ona uzun ömür,möhkəm can sağlığı arzulayıram.Boynumda haqqıız çoxdu,halal edin Soltanağa müəllim.
“ulusestv.az”
07.iyul.2020-ci il.