Həmkarları Qənirə xanım Paşayeva ilə Tovuz və Aqstafa rayonlarında şəhid ailələrini ziyarət ediblər.
Tovuzun Ağdam kəndində şəhidimiz Elşad Məmmədov, Cəlilli kəndində şəhid İlqar Zeynallının məzarlarını ziyarət ediblər.Ağstafanın Kolxəlfəli kəndində şəhidimiz Nazim İsmayılovun, Yuxarı Göycəli kəndində şəhid Vüqar Sadıqovun, Həsənsu kəndində şəhid Elçin Mustafazadənin, Qoçəsgər kəndində şəhid Yaşar Babayevin yas mərasimlərində olublar.
Millət vəkilləri Parlamentin sədri Sahibə xanım Qafarovanın və rəhbərliyin razılığı ilə gəldiklərini bildiriblər xanım sədrin və rəhbərliyin başsağlığını çatdırıblar.
Səfərdə iştirak edən hər bir deputat – Məşhur Məmmədov, Rüfət Quliyev, Vüqar Bayramov, Elnur Allahverdiyev, Vüqar İsgəndərov, Soltan Məmmədov, Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev şəhid ailələrinə təsəlli veriblər .
Millət vəkilləri səfər çərçivısində hərbi hospitalı da ziyarət edib şərait ilə tanış olublar.