Bu gün səhər saatlarında metronun “Nəriman Nərimanov” stansiyasında problem yaranıb.
Uluses Oxu.Az-a istinadən xəbər verir ki, “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib:
“Nəriman Nərimanov” stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir. Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”.