“Neftçi” futbolçusu Saman Nərimancahanla yollarını ayırıb.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cənubi azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, "Neftçi"yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qara” formada 22 oyuna 1 qol vurub.