Bu ilin yanvarında icarə əsasında “Qalatasaray”a keçən Jedson Fernandeş klubu tərk edib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi İnstaqram hesabında məlumat yayıb.
Jedson “Qalatasaray” forması ilə şəklini paylaşaraq, kluba təşəkkür edib.
Müqavilə ilə Portuqaliyanın “Benfika” klubuna məxsus olan Jedsonun “sarı-qırmızılar”la icarə müqaviləsi iyunun sonuna qədər idi.
Portuqaliyalı futbolçu “Qalatasaray”la bu mövsüm Super Liqada 17 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.