Futbol üzrə Türkiyə Super Liqasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” ilk tur çərçivəsində “Qaziantep”i qəbul edib. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Super Liqanın yeni iştirakçısı “Fatih Karagümrük” doğma meydanda “Yeni Malatyaspor”u darmadağın edib. “Göztəpə” də “Dənizlispor”a böyük hesabla qalib gəlib. “Sivasspor” isə evdə “Alanyaspor”a 2 cavabsız qolla uduzub.
Türkiyə Super Liqası
1-ci tur
11 sentyabr
Rizəspor – Fənərbaxça 1:2
Qol: Şkoda, 59 – G.Gönül, 76. Sosa, 86-pen.
12 sentyabr
Fatih Karagümrük – Yeni Malatyaspor 3:0
Qol: Zukanoviç, 4. Sobiex, 56. Sabo, 74-pen.
Sivasspor – Alanyaspor 0:2
Qol: Davidson, 22. Koker, 90.
Qalatasaray – Qaziantep 3:1
Qol: Falkao, 8-pen; 40. E.Kılınc, 28 – Ribeyro, 53.
Göztəpə – Dənizlispor 5:1
Qol: A.Öztürk, 10-pen. Nukan, 25. H.Akbunar, 43. Mossoro, 51. Tripiç, 71 – O.Yılmaz, 62.