“Barselona”dan ayrılan argentinalı ulduz Lionel Messinin keçə biləcəyi klublar açıqlanıb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Leoya iki klubdan ciddi təklif var.
Bunlar “Mançester Siti” və PSJ-dir.
PSJ Messinin seçimlərində ilk yerdə qərarlaşıb. Buna səbəb isə Neymarın Fransa klubunda çıxış etməsidir. Lakin razılıq üçün tərəflər maliyyə məsələlərində də anlaşmalıdır.
“Mançester Siti” baş məşqçisi Qvardiola da şəxsi münasibətlərdən istifadə edib Leonu İngiltərəyə gətirmək istəyir. İllərdir Çempionlar Liqası kubokunu başqa klubda qazana bilməyən Pep düşünür ki, Messi ilə bu arzusuna çata bilər. İngilislər Leoya illik çox yüksək maaş təklif ediblər.
Leonun yaxın günlərdə son qərarı verəcəyi gözlənilir.