Yunanıstanda keçirilən klublararası şahmat üzrə Avropa çempionatında III tura yekun vurulub.
Kişilərdən ibarət “Odlar Yurdu” komandamız yenə inamlı qələbə qazanıb.
Şəhriyar Məmmədyarovun istirahət etdiyi turda komandamız İslandiyanın “Reykyavik” komandasını 6:0 məğlub edib. Komandamız altı xalla liderlər sırasında qərarlaşıb.
Qadınlardan ibarət eyniadlı komandamız isə Rusiyanın SŞOR klubuna 1,5:2,5 hesabı ilə uduzub.
“Odlar Yurdu” iki xalla VI yerdədir.