Aprelin 2-də futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Qalatasaray” klubu doğma meydanda “Yeni Malatyaspor” komandası ilə qarşılaşıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Türk Telekom Arena”da keçirilən oyun qarşılıqlı hücumlarla yada qalsa da, qapılara top vurulmayıb. Beləliklə, görüş 0:0 hesabı ilə başa çatıb. Matçın 72-ci dəqiqəsində İstanbul təmsilçisinin heyətində Kristian Liyundama qırmızı vərəqə alaraq meydandan qovulub.
Yarımfinal mərhələsinin digər oyunu aprelin 3-də “Ümraniyəspor” ilə “Akhisar” komandaları arasında keçiriləcək. Cavab qarşılaşmaları isə aprelin 24-25-də oynanılacaq.