Aprelin 3-də futbol üzrə Türkiyə kubokunun ikinci yarımfinal qarşılaşması keçirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə 2-ci liqa təmsilçisi “Ümraniyəspor” klubu ilə qarşılaşan Superliqa təmsilçisi “Akhisarspor” klubu minimal hesablı qələbə qazanıb – 0:1.
Oyunda yeganə qolu 86-cı dəqiqədə qonaqların hücumçusu Jeremi Bokila vurub.
Yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 24-25-də baş tutacaq.