Bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu-6-cı turunun oyunlarına yekun vurulub.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A qrupunda mübarizə aparan "Qalatasaray" Fransada PSJ-nin qonağı olub. Qarşılaşma fransızların 5:0 hesablı qələbəsiylə başa çatıb.
Qrupun digər matçında isə "Real" səfərdə "Brügge"ni 3:1 hesabı ilə məğlub edib. Bununla da PSJ 16, "Real" 11 xalla 1/8 finala adlayıb. Qrupda 3 xalla 3-cü olan "Brügge" isə mübarizəni Avropa Liqasında davam etdirəcək. İki xalı olan "Qalatasaray" isə ÇL-lə qrup sonuncusu kimi vidalaşıb.
A qrupu
00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) 5:0
Qollar: İkardo, 32, Sarabia, 35, Neymar, 47, Mbappe, 63, Kavani, 83 (pen)