Bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu-6-cı turunun oyunlarına yekun vurulub.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A, B, C və D qruplarında keçirilən görüşlərdən sonra 1/8 finala adlayan bütün komandaların adları müəyyənləşib.
Bunlar "Atletiko" “Barselona”, “Leypsiq”, PSJ, “Real”, “Bavariya”, “Tottenhem”, “Yuventus”, “Mançester Siti”, “Liverpul”, “Napoli”, “Çelsi”, “Valensiya”, “Borussiya” D, “Lion” və “Atalanta” komandalarıdır.
Qeyd edək ki, 1/8 finalın bütün iştirakçıları "Böyük beşlik" ölkələrinin təmsilçiləridir.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
11 dekabr
A qrupu
00:00. “Brügge” (Belçika) - “Real” (İspaniya) – 1:3
Vaneken, 55 – Rodriqo, 53, Junior, 64, Modriç, 90
00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) – 5:0
İkardi, 33, Sarabia, 35, Neymar, 47, Mbappe, 63, Kavani, 84 (pen.)
B qrupu
00:00. “Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 3:1
Koman, 14, Müller, 45, Koutinyo, 64 – Sesseqnon, 20
00:00. “Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) – 1:0
El-Arabi, 88
D qrupu
00:00. “Bayer” (Almaniya) - “Yuventus” (İtaliya) – 0:2
Ronaldo, 75, İquayn, 90
00:00. “Atletiko” (İspaniya) - “Lokomotiv” (Rusiya) – 2:0
Feliş, 17 (pen.), Felipe, 54