Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,72% bahalaşaraq bir barelə görə 44,96 dollar olub.
WTI markalı neftin fyuçerslərinin qiyməti isə 1,24% artaraq bir barelə görə 42,42 dollara yüksəlib.
Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.