Avropa İnvestisiya Bankı Şərq-Qərb avtomagistralının Gürcüstan ərazisindən keçən hissəsinin yenidən qurulması üçün bu ölkəyə 250 milyon avro (283,7 milyon dollar) kredit ayıracaq.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, avtomagistralın yenidən qurulmasının əsas məqsədlərindən biri Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, eləcə də Xəzər dənizi ilə Poti və Batumi limanları arasında avtomobil daşınmaların həcminin artırılmasına nail olmaqdır.
Layihədə 410 kilometrlik avtomagistralın Gürcüstan ərazisindən keçən 100 kilometrində aparılacaq təmir bərpa işləri yolda avtomobillərin hərəkətinin təhülkəsizliyinin artırılmasına, vaxt itkisinin və əlavə xərclərin azaldılmasına xidmət edəcək. Avtomagistralda avtomobillərə texniki xidmət məntəqələri də yaradılacaq.