Aprelin 8-də Riqada Latviya və Azərbaycandan olan iş adamlarının görüşü keçiriləcək.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunacaq tədbirdə ölkəmizdən 26 şirkət iştirak edəcək. Görüşlərdə Azərbaycan istehsalı olan qida və alkoqollu içkilərin satışına dair müzakirələr aparılacaq.