ABŞ-ın Massaçusets ştatının Linn şəhərində klip çəkilişi zamanı baş verən atışmada azı 1 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “Fox” telekompaniyası polisə istinadən xəbər verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlardan ikisinin vəziyyəti kritik qiymətləndirilir.