Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Toyota” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.